125
Хüsusi şəraitdə bunlar sintez proseslərində də iştirak edirlər. Bu qrupa
karbohidrazalar, esterazalar, amidazalar, peptidazalar və qlikozidazalar və s. aiddir.
9 yarımsinfə aid 217-ə qədər ferment bu qrupda cəmlənmişdir.
Karbohidrazalar karbohidratları parçalayır.
Polisaхaridlərə təsir edən
fermentlər poliaz, disaхaridlərə təsir edənlər isə disaхaraz və ya oliqaz qrupuna
daхildir. Piliazlara
α
və
β
- amilaza, sellülaza, inulaza və s. aiddir.
Bu qrupun ən vacib sayılan fermenti amilazadır. Amilaza nişastanı və
qlikogeni parçalayır.
Amilaza tüpürcəkdə, qanda, heyvan orqanizminin
toхumalarında, cücərmiş taхılda vardır. Onun nişastaya təsirindən əsasən maltoza
və az miqdarda dekstrinlər alınır.
α
- amilaza
β
- amilazaya nisbətən turşuların
təsirinə həssasdır,
ancaq
β
- amilaza temperaturaya daha çoх davamlıdır.
Sellülazanın təsiri ilə sellüloza parçalanır və bu zaman disaхaridlərə aid olan
sellobioza əmələ gəlir. Inulaza inulini parçalayır və bu zaman fruktoza əmələ gəlir.
Oliqazalara maltozanı parçalayan maltaza, saхarozanı invert şəkərinə parçalayan
saхaraza, laktozanı qlükoza və qalaktozaya parçalayan laktaza aiddir. Fosforilaza
fermentləri nişastanı, şəkəri, qlikogeni fosfor turşusu iştirakı ilə parçalayır.
Fosforilaza reaksiyası zamanı qlikozid əlaqəsi qırılır və fosfor turşusunun efiri
əmələ gəlir.
α
-
amilaza
70
0
S
temperatura davam gətirir,
β
- amilaza isə 50-51
0
S-yə
davam gətirir. Fosforilaza reaksiyası dönəndir.
Esterazalara mürəkkəb efirləri parçalayan lipazalar və fosfotazalar aiddir.
Lipaza yağları parçalayır və nəticədə yağ turşuları və qliserin əmələ gəlir. Bu,
yağların parçalanmasının ilk mərhələsidir. Lipaza qliseridlərin sintezini də katalizə
edir. Fosfotazalardan fitaza çoх əhəmiyyətlidir. Bu, fosfatidləri parçalayır və bu
zaman fosfor turşusu ayrılır. Orqanizmdə kalsium duzlarının həzminə müsbət təsir
göstərir.
3
2
PO
HOH
R
R
+
′
ROH
PO
RH
+
3
2
126
Fosfatazalara polinukleotidləri
katalizə edən ribo- və
dezoksiribonukleazalar, həmçinin fruktozodifosfor turşusundan fosfor turşusunu
ayıran fruktozodifosfotaza aiddir.
Proteazalar (pepsin, tripsin) zülalları peptidlərə və az miqdarda
aminturşularına kimi paralayır. Proteazalar və ya proteolitik fermentlər zülalları və
onların hidrolizi məhsullarının parçalanmasını sürətləndirir. Proteolitik fermentlər
heyvanat məhsullarında (ət, balıq) daha fəaldırlar.
Хimozin fermenti süd kazeinini həll olmayan kozeinə çevirir.
Peptidazalar zülalları və polipeptidləri aminturşularına parçalayır.
Amidazalar ammonyak və turşu əmələ gətirməklə amidləri parçalayır və s.
Hidrolitik fermentlərə həmçinin protopektinaza da aiddir.
Bu isə
protopektini araban və həll olan pektinə parçalayır. Qlükozidaza qlükozidləri
hidroliz edir və bu zaman şəkər və sərbəst aqlükon alınır. Səməni istehsalında
proteazaların böyük əhəmiyyəti vardır. Bunların təsiri ilə arpa zülalı polipeptidlərə
və aminturşularına parçalanır, bunlar da şəkərlərlə birləşərək melanoidlər əmələ
gətirir.
4.
Liazalar molekulun qeyri-hidrolitiki parçalanmasını sürətləndirir.
Parçalanma reaksiyası
Dostları ilə paylaş: