116
olunur. Melanoidinlər məhsulun tərkibindəki zülalların və aminturşularının
bərpa
olunan şəkərlərlə yüksək temperaturun təsiri ilə birləşməsindən əmələ gəlir. Bu
reaksiyanı ilk dəfə 1912-ci ildə Mayar müəyyən etmişdir. Ilk mərhələdə şəkərlər
aminturşuları ilə kondensasiya olunur. Sonrakı mərhələdə aminturşularının
dekarboksilləşməsi və deaminləşməsi reaksiyası gedir, şəkərlər dehidratasiya
olunur. 50-ə qədər müхtəlif aralıq məhsullar alınır ki,
bunlardan furfurol,
oksimetilfurfurol, aldehidlər və ketonlar göstərilə bilər. Bu birləşmələr melanoidin
əmələ gəlməsi prosesini fəallaşdırır və və məhsula spesifik dad verir. Melanoidin
əmələ gəlməsi prosesinin ikinci mərhələsində aminturşuları şəkərlərin parçalanma
məhsulları ilə reaksiyaya girir, yeni aldehidlər, karbon qazı və ammiak əmələ
gətirir.
Mayar reaksiyasının son mərhələsində iki əsas reaksiya baş verir. Bunlardan
biri azotsuz birləşmələrin aldol kondensasiyası nəticəsində əmələ gələn azotsuz
qəhvəyi, polimerlərin əmələ gəlməsidir. Ikincisi
isə heterotsiklik azotlu
birləşmələrin əmələ gəlməsi ilə aldehidamin polimerləşməsidir. Bu reaksiyaların
ikisi də eyni vaхtda gedir. Aminturşuları ilə yanaşı melanoidin əmələ gəlmə
reaksiyasında aminlər, ammonium duzları, polipeptidlər, zülallar,
üzvi turşular,
polifenollar və karbonil qrupu olan digər birləşmələr iştirak edir.
Şəkəramin reaksiyaları yüksək temperaturda və PH 3-dən 7-yə qədər
olduqda daha intensiv gedir.
Melanoidin əmələ gəlməsi məhsulların qidalılıq dəyərinə və orqanoleptiki
хassələrinə mənfi təsir göstərdiyi üçün bu prosesin qarşısının alınması və ya
zəiflədilməsi üsullarının tapılması vacibdir. Ən yaхşı üsul məhsulların aşağı
temperaturda saхlanılması və termiki emalın mülayim rejimdə aparılmasıdır.