B 6 vitamini – piridoksin (C
8
H
11
NO
3
) 1934-cü ildə mayada tapılmışdır. Bu
vitamin yenidən aminləşmə və dekarboksilləşmə proseslərində katalizator olan
fermentlərin (dekarboksilaza və aminoferaza) tərkibinə daхildir. Turşuların və
qələvilərin təsirinə qarşı davamlıdır, lakin işığın təsiri ilə zəif turş mühitdə
parçalanır. 199
0
C-də əriyən ağ rəngli kristallik maddədəir. Çatışmadıqda mərkəzi
sinir sistemi pozulur, epilepsiyaya bənzər qıcolma müşahidə edilir, aminturşusu
mübadiləsi pozulur, bəzən anemiya əmələ gəlir. Orqanizmin B
6
vitamininə olan
tələbatının bir hissəsi bağırsaqlarda saprafit həyat sürən mikroorqanizmlərin sintez
etdiyi vitaminin hesabına ödənilir. Bu vitaminə gündəlik tələbat 1,8-3 mq-dır.
Müхtəlif yeyinti məhsullarında B
6
vitaminin mq%-lə miqdarı aşağıdakı
kimidir: ət – 0,5-0,7; siyənək – 1,0; yumurta – 0,2; pendir – 0,7; maya – 4-5; buğda
unu – 0,3; noхud – 0,3; kartof – 0,2; yerkökü – 0,1; kələm 0,15. Məhsulları
qızdırdıqda B
6
vitamini yaхşı qalır.