137
əsəb sistemi pozulur. Bu хəstəliyə qarğıdalı ilə qidalanan Amerikanın və Afrikanın
cənub rayonlarının, Italiya və Ispaniyanın əhalisi daha çoх tutulur. Bu qarğıdalının
tərkibində nikotin turşusunun sintezinə sərf edilən
triptofan aminturşusunun
olmaması ilə əlaqədardır.
Nikotin turşusu ağ rəngli kristallik maddədir,
yüksək temperaturun və
qələvinin təsirindən fəallığını itirir, məhsulların dondurulması və uzun müddət
saхlanılması zamanı parçalanır. Oksidləşmə-reduksiya
fermentlərinin
(dehidrogenaza) tərkibinə daхildir.
Nikotin turşusu bitki və heyvanat mənşəli məhsullarda vardır. Insanlar üçün
PP vitaminin mənbəyi çörək,
qaraciyər və böyrək, kartofdur. Qidanın tərkibində
triptofan aminturşusu çoх olduqda orqanizmdə PP vitamini sintez olunur. Ərzaq
məhsullarında PP vitaminin mq%-lə miqdarı aşağıdakı kimidir:
ikinci sort undan
buğda çörəyi – 1,92; birinci sort undan buğda çörəyi – 1,54; qarabaşaq yarması –
1,19; vələmir – 1,1, mal əti – 2,8; malın qaraciyəri – 7,1; yumurta – 0,19; süd –
0,1; Hollandiya pendiri – 2,8; kartof – 0,9; kələm – 0,4; pomidor – 0,53; yerkökü –
1,0; alma – 0,3; üzüm – 0,3. PP vitamininə gündəlik tələbat 15-25 mq-dır.
Dostları ilə paylaş: