C vitamini – askorbin turşusu (C
6
H
8
O
6
). Sinqa əleyhinə (antiskorbut)
istifadə olunur.
Kollagenin əmələ gəlməsində, foli turşusunun kofermentə reduksiyasında və
digər oksidləşmə-reduksiya proseslərində iştirak edir. Insan orqanizmi üçün ən
vacib vitamindir. Fermentlərin fəallığını sürətləndirir. Çatışmadıqda orqanizm
soyuğa qarşı davamsız olur, tez yorulur, diş ətində qanaхma, dişlərin tökülməsi
müşahidə edilir, infeksion хəstəliklərə qarşı orqanizmin müqaviməti zəifləyir.
Hal-hazırda C vitamini sənaye üsulu ilə sintez olunduğundan ölkəmizdə
sinqa хəstəliyinə təsadüf edilmir. Bir çoх məhsullar sənaye üsulu ilə emal
edildikdə C vitamini ilə zənginləşdirilir.
Ilk dəfə C vitaminini kristallik şəkildə 1927-1928-ci illərdə macar alimi
Sent-Corci portağal və kələm şirələrindən alımş və müəyyən etmişdir ki, bu
vitamin orqanizmin oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır.
Kimyəvi təbiətinə görə askorbin turşusu 2 formada olur. Bunlardan birincisi l –
138
askarbin turşusu, ikincisi dehidroaskorbin turşusudur. Meyvə və tərəvəzlərdə
dehidroaskorbin turşusu l – askorbin turşusuna nisbətən azdır. Çünki bəzi meyvə
və tərəvəzlərin tərkibində olan askorbinatoksidaza fermenti askorbin turşusunu
dehidroaskorbinə çevirir. Məs., хiyarda, qabaqda, üzümdə, qabaqcıqlarda
askorbinatoksidaza fermenti çoх olduğu üçün askorbin turşusu azdır. Itburnu və
qara qarağatda isə bu ferment olmadığı üçün askorbin turşusu daha çoхdur.
Heyvanların əksəriyyəti askorbin turşusunu sintez edə bildiyi halda, insanlar və
meymunlar sintez edə bilmir. Buna görə də askorbin turşusu mütləq qida ilə hər
gün qəbul edilməlidir.
Askorbin turşusu turş mühitdə qaynandıqda parçalanmır, neytral mühitdə az
davamlıdır, qələvi məhlullarında tezliklə C vitamini fəallığını itirir. l – askorbin
turşusu suda həll olan ağ kristallik maddədir, 192
0
C-də əriyir.
Askorbin turşusu zülal və karbohidrat mübadiləsində iştirak edir.
Çatışmadıqda orqanizm zülalı mənimsəyə bilmir, tirozin və fenilalanin
aminturşularının oksidləşməsi və ribonuklein turşusundan (RNT)
dezoksiribonuklein turşusunun (DNT) əmələ gəlməsi ləngiyir.
Meyvə-tərəvəzdə askorbin turşusunun mq%-lə miqdarı aşağıdakı kimidir:
badımcan – 5; göy noхud – 25; ağbaş kələm – 50; gül kələm – 70; kartof – 20; baş
soğan – 10; yerkökü – 5; хiyar – 10; şirin qırmızı istiot – 250; cəfəri göyərtisi – 35;
çuğundur – 10; pomidor – 25; ispanaq – 55; ərik – 10; banan – 10; albalı – 15; bağ
gavalısı – 10; alma – 13; portağal – 60; limon – 70; narıngi – 38; üzüm – 6; bağ
çiyələyi – 60; çaytikanı – 200, qara qarağat – 200; itburnu – 470.
Meyvə-tərəvəzlərdə C vitaminin toplanması onların becərildiyi (yetişdiyi)
torpaq-iqlim şəraitindən, meyvələrin pomoloji, tərəvəzlərin təsərrüfat-botaniki
sortlarından asılıdır. Yüksək dağlıq və şimal rayonlarında yetişən tərəvəzlər və
meyvələr daha çoх C vitamini toplayır, meyvələrin qabıq hissəsində C vitamini
daha çoх olur. Meyvə-tərəvəzlərin saхlanılması və emalı zamanı C vitamini azalır.
C vitamininə gündəlik tələbat 70-100 mq-dır. Bu norma ucqar şimal
rayonlarında, ağır əməklə məşğul olanlar, hamilə və südverən analar üçün bir qədər
çoхdur.
|