B 9 vitamini – fol turşusu, folasin (C
19
H
19
O
6
N
7
). Ilk dəfə bu vitamin 1940-cı
ildə cücələr üzərində aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir. Ona görə də
B
c
vitamini adlanırdı. 1945-ci ildə B
c
vitamini ilə ispanaqda tapılan fol turşusunun
eyni olduğu müəyyən edilir. Bitkilərin yarpağında daha çoх olduğu üçün (latınca
folium – yarpaq deməkdir) fol turşusu adlanır. Fol turşusu purin və pirimidin
birləşmələrinə, habelə bəzi aminturşularının (serin, metionin) sintezində iştirak
edən fermentlərin tərkibindədir. B
12
vitamini ilə birlikdə qan yaranması prosesində
iştirak edir.
100 q ərzaq məhsulunda fol turşusunun mkq-la miqdarı aşağıdakı kimidir:
qara malın qaraciyəri – 160; böyrək – 45; mal əti – 10; süd – 4; yumurta – 13; kahı
– 40; cəfəri – 117; ispanaq – 53; pomidor – 11; baş soğan – 5; limon – 3;
preslənmiş çörəkçilik mayası – 1080; pivə mayası – 1470. Fol turşusu bağırsaq
mikroflorası tərəfindən sintez olunduğu üçün gündəlik tələbat dəqiq müəyyən
edilməmişdir. Təхmini norma gündə 0,2-0,4 mq-dır.