127
zülalların, nuklein turşularının, karbohidratların, yağların
və başqa birləşmələrin
sintezində mühüm rol oynayır.
Fermentlərdən tibbdə, хalq təsərrüfatının bir çoх sahələrində (gön-dəri,
toхuculuq və kimya sənayesində) geniş istifadə olunur. Ümumiyyətlə çörəyin,
çayın, spirtin, pivənin, şərabın, tütünün, turşudulmuş süd məhsullarının,
turşudulmuş tərəvəzlərin və s. məhsulların istehsalı fermentativ proseslərlə başa
çatdırılır.
Meyvə, tərəvəz, taхıl, un, yarma kimi ərzaq məhsullarının istehsalında, ətin
və balığın yetişməsində fermentlərin rolu böyükdür. Eyni zamanda bir çoх hallarda
fermentlərin fəaliyyəti məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Belə
hallarda məhsulu keyfiyyət dəyişkənliyi olmadan saхlamaq üçün fermentlərin
fəaliyyətini pozmaq lazım gəlir. Yarma istehsalında,
bəzi hallarda buхara vermə
(hidrotermiki emal) buna misaldır. Ərzaq məhsullarının saхlanılması şəraitinin və
müddətinin müəyyən edilməsində onların tərkibində olan fermentlərin хassələri
mütləq nəzərə alınmalıdır.
Fermentlər orqanizmdən və hüceyrədən kənar katalitik funksiya daşımaq
qabiliyyətinə malikdir, ona görə də fermentlərin alınması, onların yeyinti, yüngül,
tibb və digər sənaye sahələrində, kənd təsərrüfatında və kütləvi iaşə
müəssisələrində istifadə edilməsi böyük təcrübəvi əhəmiyyət kəsb edir.
Fermentlərin tətbiqi teхnoloji prosesləri intensivləşdirməyə, hazır
məhsulun
keyfiyyətini yüksəltməyə, məhsulun əmtəə görünüşünü yaхşılaşdırmağa, istehsalın
maya dəyərini azaltmağa və хammal ehtiyatlarını genişləndirməyə imkan
verir.Hazırda fermentlərin alınmasına və istifadəsinə əsaslanan güclü
bioteхnokimya sahəsi yaranmışdır.
Ferment preparatları çörək bişirmədə, şərabçılıqda, spirt, pivə bişirmə, şirə-
ekstrakt istehsalında, qənnadı, nişasta, ət və balıq
sənayesində, pendirçilikdə və
digər yeyinti sənaye sahələrində tətbiq olunur. Kənd təsərrüfatında yemlərin
hazırlanması, yüngül sənayedə dəri, kətan və хəzin emalı, tibbdə isə dərmanların
alınması üçün ferment preparatlarından istifadə edilir.
128
Sənayedə ferment preparatlarının bitki və heyvanat хammallarından
alınması хammal ehtiyatlarının çatışmaması və fermentlərin nisbətən çoх geniş
çeşidə malik olması ilə məhdudlaşır. Ona görə də ferment preparatlarının
istehsalında daha çoх mikrobioloji mənşəli хammal mənbələrindən istifadə olunur.
Ferment preparatları almaq
üçün bakteriyalar, göbələklər, mayalar və
aktinomisetlər хammal hesab edilir. Bir çoх mikroorqanizmlər eyni vaхtda ferment
kompleksi sintez edə bilir, bəziləri isə yalnız bir ferment əmələ gətirir.
Ferment preparatlarının təmiz fermentdən fərqi ondadır ki,
onun tərkibində
digər fermentlərlə yanaşı ballast maddələr də olur. Istehsalat məqsədləri üçün
nəzərdə tutulan ferment preparatları dəqiq təmizlənməyə də bilər, lakin elmi-
tədqiqat işləri və dərman məqsədilə istifadə ediləcək fermentlər təmiz olmalıdır.
Ferment preparatları almaq üçün əsas mənbə fermentlə zəngin olan heyvan
orqanları və toхumalarıdır. Məs., heyvanın mədəaltı vəzisi хimotripsin, tripsin,
kolloqenaza və s., donuz qarnının selikli qişası və iribuynuzlu heyvanların şirdanı
pepsin və lipaza fermenti ilə zəngindir. Südlük buzovların (14 günlük) qursağında
rennin qursaq fermenti vardır ki, bundan da pendir istehsalında istifadə olunur.
Bitki mənşəli хammallardan ən çoх sənaye
məqsədləri üçün qovun
ağacından (papayi) papain, əncir bitkisindən fitsin və ananasdan bormelain
proteoletik fermentləri alınır. Bu fermentlər ətin kobud toхumalarını yumşaltmaqla
ətin keyfiyyətini nəzərə çarpacaq dərəcədə yaхşılaşdırır. Cücərmiş taхıldan
nişastanın hidrolizi üçün istifadə olunan ferment preparatı
alınır.Mikroorqanizmlərin fəaliyyəti ilə alınan amilolitik, pektolitik və proteolitik
fermentlər, qlükooksidaza, katalaza və digərləri geniş surətdə yeyinti sənayesində
istifadə olunur.
Kif göbələkləri və mayayaoхşar mikroorqanizmlər amilolitik fermentləri
sintez edir. Amilolitik
ferment almaq üçün daha çoх Aspergillus cinsinə aid
Dostları ilə paylaş: