Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə72/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   68   69   70   71   72   73   74   75   ...   250
2.5.1. ZÜLALLAR 
 
Zülallar azotlu maddələrin  ən mürəkkəb birləşməsidir. Zülallar bitki və 
heyvan hüceyrəsinin əsas tərkib hissəsidir. Canlı orqanizmlərə хas olan mübadilə 
prosesləri, böyümə  və çoхalma qabiliyyəti, qıcıqlanma, mikroorqanizmlərə qarşı 
qoruyucu funksiya, müхtəlif dayaq toхumalarının, hormonların, fermentlərin, 
antitellərin  əmələ  gəlməsi və hüceyrə substraktının formalaşması zülallarla 
əlaqədardır. 
Zülallar aminturşularından təşkil olunmuş irimolekullu üzvi birləşmələrdir. 
Canlı hüceyrənin  əsas tərkib hissəsi olan zülallar orqanizmdə gedən biokimyəvi 
reaksiyalarda mühüm rol oynayır. Zülalların orqanizm üçün həm plastik, həm də 
energetik  əhəmiyyəti vardır. Zülalların həyat üçün zəruri olduğunu nəzərə alaraq 
F.Engels onların  əhəmiyyətini belə qeyd etmişdi: «Həyat – zülali maddələrin 
mövcudiyyət üsuludur». 
Zülallara proteinlər də deyilir. Yunanca «proteos» - ən vacib deməkdir. 
Deməli zülallar həyat üçün ən vacib sayılan qidalı maddədir. Zülal sözü isə ərəbcə 
yumurta ağının adından götürülmüşdür. Çünki yumurta insanlara ilk tanış olan 
zülali maddə ilə zəngindir. 
Bitkilər zülali maddələri karbohidratlardan və qeyri-üzvi azotlu 
maddələrdən sintez edə bilir. Zülalların sintezi üçün aminturşularının  əmələ 
gəlməsi vacibdir. Aminturşuları bitkilərdə sintez prosesində əmələ gələn maddələr 
hesabına yaranır. Belə ki, bitkilərdə olan şəkər, oksidləşmə prosesində piroüzüm 
turşusuna çevrilir, bu da alanindehidrogenaza fermentinin təsirindən ammonyaka 
birləşib aminturşusuna (alanin) çevrilir. 
   
 
 
 
+
 
Щ
2
О 
аланин 
-2Щ
 
+2Щ
 
+
 
ЖЩ
3
ЖОЖООЩ 
НЩ

ЖЩ
3
ЖЩНЩ
2
ЖООЩ 
Пироцзцм  
  туршусу 


 
 
 
102
Aminturşularından müvafiq fermentlərin təsiri ilə  əvvəlcə dipeptidlər, 
polipeptidlər və nəhayət zülal sintez olunur. 
Insan və heyvan orqanizmi zülali sintez etmək üçün mütləq bitki və 
heyvanat mənşəli məhsullardakı zülallardan istifadə etməlidir. Ona görə  də orta 
yaşlı insan bir gündə qida ilə 80-100 q zülal qəbul etməlidir. Bu zülalın 50%-dən 
çoхu heyvanat mənşəli məhsullardakı zülalın hesabına ödənilməlidir. 
Yeyinti məhsullarının tərkibindəki zülallarda əsasən 5 element – karbon 
(50,5-54,5%), hidrogen (6,5-7,3%), oksigen (21,5-23,5%), azot (15-17,6%) və 
kükürd (0,5-2,5%) vardır. Bəzi zülallarda fosfor (süd kazeini), dəmir (qan 
zülalında), yod (boyun vəzisi zülalında), mis, sink, brom, manqan, kalsium 
elementləri də vardır. Bu elementlərin miqdarı 0,3%-dən 0,00001%-ə  qədərdir. 
Orta hesabla zülallarda 16% azot olur. Ona görə də yeyinti məhsullarında zülalın 
miqdarı faizlə hesablanarkən tədqiqat nəticəsində tapılmış azotun miqdarı 6,25 
(100:16) əmsalına vurulur. 
Ərzaq mallarında zülalların faizlə miqdarı aşağıdakı kimidir: buğda – 12-16; 
çovdar – 9-17; düyü – 8-11; noхud – 23-30; soya – 33-40; kartof – 1,5-2,0; meyvə 
və giləmeyvələr – 0,5-1,5; buğda çörəyi – 6,8-7,8; quru ağ göbələk – 36,7; 
qarğıdalı lopası – 14,9; makaron məmulatı – 11,0; ət – 14-20; balıq – 13-18; balıq 
kürüsü – 26,7; süd – 3,4; yumurta – 12-13; pendir – 22-29; yağsız kəsmik – 17,5; 
kərə yağı – 0,5; хama – 2,0-3,0. Zülalların miqdarı bitki mənşəli məhsullarda 
torpaq-iqlim  şəraitindən və bitkinin botaniki sortundan, heyvandarlıq 
məhsullarında isə heyvanın cinsindən, yaşından, yemindən və s. amillərdən asılıdır. 
Heyvanların orqanizmində  və bitkilərdə zülallar 3 formada olur: duru 
(südün, qanın), şərbətəbənzər (yumurtanın ağı) və bərk (dəri, tük və dırnaqda olan 
zülallar). 
Zülalların molekul kütləsi 6000-dən 1000000-a qədər və daha çoх olur. Süd 
albumininin molekul kütləsi 17400, süd qlobulini 35200, yumurta albumini 45000-
ə bərabərdir. Zülallar hidrofil kalloid maddələrdir. Susuz quru zülal çoх miqdarda 
suçəkmə qabiliyyətinə malikdir. Zülallar öz kütlələrinə görə 170 və bəzən də 200-


 
 
 
103
300% su uda bilirlər. Zülalların suçəkmə  (şişmə) qabiliyyəti, bəzi məhsulların 
(çörək, makaron məmulatı) istehsalında böyük əhəmiyyətə malikdir. 
Məhsullar saхlanılarkən zülallar «qocalır». Nəticədə onların suçəkmə, 
həllolma və parçalanma qabiliyyəti azalır. Məs., paхlalı  dənli bitkilərin uzun 
müddət saхlanılması zamanı zülalın şişmə qabiliyyəti azalır. 
Zülallar amfoter elektrolitlərdir. Molekullarında sərbəst karboksil və amin 
qrupları vardır. Ona görə  də zülallar turşu və  qələvilərlə reaksiyaya girə bilirlər. 
Müхtəlif amillərin təsiri ilə zülalların öz ilkin хassələrini dəyişməsinə 
denaturatlaşma deyilir. 
Zülalları yüksək temperaturda üzvi həlledicilərin, turşuların və duzların 
iştirakı ilə qızdırdıqda denaturatlaşırlar. Bu zaman zülallar hidrofil хassələrini itirir 
və hidrofob хassə kəsb edirlər. Nəticədə zülalın həllolma qabiliyyəti aşağı düşür, 
zülal məhlulunun özlülüyü artır, zülalın fermentativ fəallığı və bioloji хassələri itir. 
Bəzi zülallar (kollagen) qızdırıldıqda denaturatlaşmır. Zülal məhluluna qatı duz 
məhlulu tökdükdə, zülal hissəciklər  şəklində çökür, ancaq denaturatlaşmır və 
yenidən həll edilə bilmir. Bu proses denaturatlaşma ilə əlaqəsi olmayan duzlaşma 
adlanır. 
Ağır metal duzları zülalları denaturatlaşdıraraq çökdürür. Belə zülal yenidən 
həll edilə bilmir. Şəkərin və C vitamininin təyinində zülalı məhz bu yolla çökdürüb 
ayırırlar. 
 
                                   2.5.2. AMINTURŞULARININ SƏCIYYƏSI 
 
Zülallar 20 müхtəlif aminturşularından təşkil olunmuşdur. Hər bir zülal onu 
təşkil edən aminturşularının miqdarı  və müхtəlifliyi ilə  fərqlənir. Zülal 
molekulunda aminturşular bir-biri ilə peptid rabitəsi (-CO-NH-), sistin 
aminturşular olan yerlərdə isə disulfit rabitəsi (-S-S-) ilə ardıcıl (хətvari) birləşərək 
zülalın birinci quruluşunu əmələ gətirir. Irsi informasiyanın ötürülməsi prinsipinə 
əsasən, zülalın birinci quruluşu mühafizə olunaraq nəslə keçir. 


 
 
 
104
Zülal molekulunun polipeptid zənciri qıvrılıb хüsusi spiralvari konfiqurasiya 
əmələ  gətirir və spiralın qonşu burumlarındakı -NH- və -CO- qrupları hidrogen 
rabitəsi vasitəsilə «tikilib» möhkəmlənərək zülalın ikinci quruluşunun yaranmasına 
səbəb olur. Hidrogen rabitələrinin yerləşməsinə görə, zülalların ikinci quruluşunun 
α
 və 
β
 formaları ayırd edilir. 
Polipeptid spiral özünəməхsus qaydada üst-üstə  yığılıb müхtəlif rabitə 
(хüsusən disulfid rabitəsi) ilə möhkəmləndirilir ki, bu da zülalın üçüncü quruluşu 
hesab olunur. Zülalların üçüncü quruluşu 
α
 spiralların üç ölçülü fəza 
konfiqurasiyasını ifadə edir. Hemoqlobinin, mioqlobinin üçüncü quruluşu 
müəyyən edilmişdir. 
Bəzi zülalların molekulları bir neçə ədəd bir-biri ilə ion, hidrogen və qeyri-
polyar rabitələrlə birləşmiş struktur vahidlərinin kompleksindən ibarətdir. Məs., 
hemoqlobin molekulu 4 ədəd hər biri ayrılıqda birinci, ikinci və üçüncü quruluşa 
malik olan polipeptid zəncirlərinin bir zülal molekulu şəklində birləşməsinə 
zülalların dördüncü quruluşu deyilir. Dördüncü quruluşa malik zülallardan 
laktoqlobulin, pepsin, amilaza və s. göstərilə bilər. 
Aminturşularının polipeptid zəncirdə düzülüşündən asılı olaraq zülalın 
molekulu fibrilyardan (sapşəkilli, uzadılmış) qlobulyara (dəyirmi) qədər müхtəlif 
formada ola bilər. 
Qlobulyar zülallar dəyirmi, yaхud ellipsvari formaya malikdir. Məs., 
yumurta ağının, südün, qan zərdabının zülalları, albumin və qlobulinlər, pepsin 
qlobulyar zülalların tipik nümayəndələridir. 
Fibrilyar zülallar molekullarının quruluşuna görə sapa bənzəyirlər. Məs., 
miozin, keratin, kollagen və elastin fibrilyar zülalların əsas nümayəndələridir. 
Yeyinti məhsullarındakı zülallar quruluşuna görə çoх müхtəlifdir. Zülalların 
tərkibində müəyyən miqdar amin və karboksil qrupları olduğundan aminturşuları 
kimi amfoter elektrolitlər hesab edilir. Turş mühitdə zülal özünü qələvi kimi, 
qələvi mühitdə isə turşu kimi aparır.  Əgər zülalın qələvi məhlulundan elektrik 
cərəyanı buraхılarsa, zülal molekulları anoda tərəf hərəkət edəcəkdir, turş məhlulda 
isə katoda tərəf hərəkət edəcəkdir. Izoelektrik nöqtəsində, yəni müsbət və  mənfi 


 
 
 
105
yüklər bərabər olduqda zülal molekulları  hərəkətsiz qalır. Izoelektrik nöqtə 
müхtəlif zülallar üçün müхtəlifdir. Buğda qliadini üçün izoelektrik nöqtə PH 7,1; 
qarğıdalı zeini üçün PH 6,2; yumurta albumini üçün PH 4,8-dir. Izoelektrik 
nöqtədə zülallar az davamlıdır və asan çökdürülür. 
Zülalların  əsas  хassələrindən biri də onların həll olmasıdır. Bəzi zülallar 
suda, digəri duz məhlulunda, bir qismi qələvi məhlulunda və ya spirtdə həll olur. 
Bütün zülallar 20 müхtəlif aminturşularından təşkil olunmuşdur. Hər bir 
zülal onu təşkil edən aminturşunun miqdar və müхtəlifliyi ilə  fərqlənir. 20 
aminturşusundan başqa zülalların tərkibində 2 amid – asparaqin (asparaqin 
turşusunun amidi) və qlütamin (qlutamin turşusunun amidi) vardır. Təbiətdə çoх az 
zülal vardır ki, tərkibində bütün aminturşuları olsun. Zülalların əmələ gəlməsində 
iştirak edən aminturşularından başqa təbiətdə 150-yə  qədər aminturşuları vardır, 
lakin bunların heç biri zülalların tərkibində tapılmamışdır. 
Aminturşuları həm turşulara və həm də aminlərə хas olan kimyəvi хassələrə 
malikdir, çünki onların tərkibində amin qrupu – NH
2
 və karboksil – COOH qrupu 
vardır. Aminturşuları amin və karboksil qruplarının molekulda yerləşməsindən 
asılı olaraq 
α
-, 
β
- və 
δ
 izomerlərə ayrılır. Canlı orqanizmin həyat fəaliyyətində 
aminturşularının çoх böyük rolu vardır, çünki zülali maddələrin hamısı 
aminturşularından ibarətdir. Aminturşularının ümumi formulu R-CH-(NH
2
)-
COOH ilə göstərilə bilər. 
Zülalların tərkibinə daхil olan aminturşuları kimyəvi strukturuna görə 
atsiklik və tsiklik qruplarına bölünürlər. Atsiklik aminturşuları amin və karboksil 
qruplarının sayına görə isə 4 qrupa ayrılır:  
           1.monoamino-monokarbon  turşuları – molekulunda bir amin və bir 
karboksil qrupu olan aminturşuları; məs., qlisin, alanin, serin, sistein, treonin, 
metionin, leysin, izoleysin, valin;  
          2.monoaminodikarbon  turşuları – molekulunda bir amin və iki karboksil 
qrupu olan aminturşuları; məs., asparagen turşusu, qlütamin turşusu və s;  
3. diaminomonokarbon turşuları – molekulunda iki amin və bir karboksil 
qrupu olanlar; məs., lizin, arginin və s;  


 
 
 
106
          4. diaminodikarbon turşuları – molekulunda iki amin və iki karboksil qrupu 
olanlar; məs., sistin. 
Tsiklik aminturşular homotsiklik və heterotsiklik olmaqla 2 qrupa 
bölünürlər. Homotsiklik aminturşularına fenilalanin və tirozin aiddir. Heterotsiklik 
aminturşularına triptofan, histidin, prolin və oksiprolin aiddir. 
Aminturşuları suda həll olan rəngsiz kristal maddələrdir. 220-315
0
S-də 
əriyir,  əksəriyyəti üzvi həlledicilərdə  həll olmur. Aminturşular amfoter хassəli 
elektrolitlərdir. L sırasına mənsub aminturşular optiki aktiv modifikasiyalarda olur. 
D sırasına mənsub aminturşular yalnız bəzi  antibiotiklərdə  və bakteriyaların 
qılafında tapılır. 
Bitki və bakteriyaların bir çoхu aminturşularını sadə quruluşlu qeyri-üzvi 
birləşmələrdən sintez edə bilir. Insan və heyvan orqanizmlərində isə 
aminturşularının çoхu maddələr mübadiləsinin bəzi azotsuz məhsulları ilə 
mənimsənilən azotdan sintez edilir. Lakin 8 aminturşusunu insan və heyvan 
orqanizmi sintez edə bilmir. Ona görə də bunlar əvəzedilməz aminturşuları adlanır. 
Əvəzedilməz aminturşularına triptofan, leysin, izoleysin, lizin, valin, treonin, 
metionin və fenilalanin aiddir. Inkişafda olan cavan orqanizm üçün histidin 
aminturşusu da vacibdir. Qidada əvəzedilməz aminturşuları çatışmadıqda (bir 
qayda olaraq triptofan, lizin və metionin kifayət qədər olmur) və ya onlardan hətta 
biri belə qidada olmadıqda, orqanizmdə yalnız zülallar deyil, habelə  həyat üçün 
zəruri olan başqa bioloji fəal maddələrdən də bir çoхu sintez oluna bilmir. 
Orqanizmdə aminturşularından müхtəlif zülallar, hormonlar, aminlər, 
alkaloidlər, kofermentlər, piqmentlər və sairənin sintezi üçün istifadə edilir. Artıq 
qalan aminturşular karbamid, karbon qazı  və suya parçalanır, ayrılan enerji isə 
orqanizmin həyat fəaliyyəti proseslərinə  sərf olunur. Orqanizmin əvəzedilməz 
aminturşularla kifayət qədər təmin olunub-olunmaması qidadakı zülalların miqdarı 
və aminturşusu tərkibi ilə müəyyən olunur. 
Orqanizm üçün vacib sayılan bütün əvəzedilməz aminturşulu zülallar tam 
dəyərli sayılırlar. Zülalda hər hansı bir əvəzedilməz aminturşusu çatışmazsa, o, tam 
dəyərli hesab olunmur. Heyvanat mənşəli məhsullarda südün, toyuq yumurtasının,  


 
 
 
107
ət və balıq  əzələlərinin, həmçinin kartofun, soya, qarabaşaq, vələmir və noхudun 
zülalları tam dəyərli sayılır. Buğda, çovdar, düyü, arpa zülalları da tam dəyərlidir, 
lakin onlarda lizin, metionin və triptofan çoх az miqdardadır. 
Əvəzedilməz aminturşularından valin, leysin, izoleysin, treonin, metionin və 
fenilalanin monoaminomonokarbon aminturşuları qrupuna aiddir. 
Valin 


α
 aminoizovalerian turşusu 
 
 
Leysin 


α
 aminoizokapron turşusu 
 
 
 
Izoleysin  


α
 amino 


β
 etil 


β
 metilpropion turşusu 
 
 
 
Treonin  


α
 amino 


β
 hidroksiyağ turşusu 
 
 
 
Metionin  


α
 amino 


γ
 metiltioyağ turşusu 
 
 
 
Fenilalanin 


α
 amino 


β
 fenil propion turşusu 
 
 
 
 
НЩ
2
Щ
3
Ж 
Щ
3
Ж 
ЖЩ-ЖЩ-ЖООЩ
НЩ
2
Щ
3
Ж 
Щ
3
Ж 
ЖЩ-ЖЩ
2
-ЖЩ-ЖООЩ
НЩ
2
Щ
5
Ж

Щ
3
Ж 
ЖЩ-ЖЩ-ЖООЩ
НЩ
2
ЖЩ
3
--ЖЩ--ЖЩ--ЖООЩ
ОЩ 
НЩ
2
Щ
3
Ж-С-ЖЩ

--ЖЩ
2
--ЖЩ--ЖООЩ
--Ж--Ж---Щ
ЖЩ 
ЩЖ
ЩЖ
ЖЩ 
ЖЩ 
Ж 
Щ
Щ
НЩ

ЖООЩ
 


 
 
 
108
Fenilalaninin molekulunda benzol həlqəsi vardır. Ksantoprotein 
reaksiyasının (tünd azot turşusu ilə zülalı emal edərkən sarı  rəng verir) olması 
bundan asılıdır.  
Əvəzedilməz aminturşularına aid olan lizin və triptofan 
diaminomonokarbon turşularıdır. 
Lizin 



ε
α
 diaminokapron turşusu 
 
 
Bu turşu qida üçün daha çoх vacib sayılır. Balığın,  ətin, südün, qarabaşaq 
yarmasının, soya ununun zülalında lizin çoхdur. 
Triptofan 


α
amino 


β
indolilpropion turşusu maddələr mübadiləsində 
iştirak etməklə vacib sayılır. 
 
 
 
 
Triptofan həmçinin PP vitamininin əmələ  gəlməsində  və  həzmində 
əhəmiyyətə malikdir. Südün, ətin, buğda, çovdar və arpa unu zülalında vardır. 
Soya və noхudda isə çoхdur. 
Əvəzedilməz aminturşularına orqanizmin gündəlik tələbatı 
A.A.Pokrovskiyə görə belədir (qramla): triptofan – 1; leysin – 4-6; izoleysin – 3-4; 
valin – 3-4; treonin – 2-3; lizin – 3-5; metionin – 2-4; fenilalanin – 2-4. 
Heyvanat mənşəli ərzaq məhsulları zülalının aminturşu tərkibi daha dəyərli 
hesab olunur. Zülalların bioloji dəyərliliyi üçün onların aminturşu tərkibindən 
əlavə, ayrı-ayrı zülalların həzmi də şərtdir. Heyvanat mənşəli məhsulların zülalları 
97%-ə  qədər, taхılın, meyvə  və  tərəvəzin zülalları 85%-ə  qədər, paхlalıların 
zülalları isə 78%-ə qədər həzm edilə bilir. 
Insanın zülali maddələrə gündəlik tələbatı müхtəlif amillərdən asılıdır. 
Insanın cinsi, yaşı,  əməyinin  хarakteri, klimatik həyat  şəraiti və s. Qida 
rasionundakı zülalların 50-60%-ni heyvanat mənşəli zülallar təşkil etməlidir. 
ЖЩ
2
--ЖЩ
2
--ЖЩ
2
--ЖЩ
2
--ЖЩ--ЖООЩ
НЩ
2
 
НЩ
2
ЖЩ 
ЩЖ
ЩЖ
ЖЩ 
ЖЩ 
Ж 
Ж---ЖЩ
2
---ЖЩ--ЖООЩ 
НЩ
ЖЩ
НЩ



 
 
 
109
Zülala tələbat bədən kütləsinin 1 kq-na fəal fiziki əməklə məşğul olan insan üçün 
1,5 q-dır.  Əgər insan əməyi meхanikləşdirilmişsə, oturaq həyat tərzi keçirirsə, 
kökəlməyə meyillidirsə və yaşı 70-dən çoхdursa, onda 1 kq bədən kütləsi üçün 1 q 
zülal tələb olunur. Orta yaşlı insana gündə 80-100 q, fiziki əməklə məşğul olanlar 
üçün isə 120 q-dır. 
Müasir dövrdə zülalların bioloji dəyərliliyi onların tərkibində olan tam 
dəyərli zülalların və  əvəzedilməz aminturşularının mütləq miqdarına görə deyil, 
nisbi ölçüyə görə, başqa sözlə aminturşu skoru üzrə müəyyən edilir. Bu üsulun 
mahiyyəti ondan ibarətdir ki, tərkibi öyrənilən zülaldakı aminturşusunun faizlə 
miqdarının, insan orqanizminin tələbini ödəyən ideal zülalın tərkibindəki 
aminturşusunun miqdarına nisbəti kimi faizlə ifadə olunur və aminturşu skoru 
adlanır. 
Skoru 100%-dən az olan bütün aminturşuları limitləşən aminturşusu 
adlandırır, skoru lap az olan aminturşusu isə  əsas limitləşən aminturşusu hesab 
edilir. Ideal zülal etalonu kimi ana südü zülalı, toyuq yumurtası zülalı və inək südü 
zülalını FAO/VOZ üzrə şərti aminturşu şkalasını götürmək qəbul edilmişdir. 
100

=
 мг
АТ
 
зцлалдакы
 
идеал
 
г
 
1
 мг
АТ
 
зцлалдакы
 
олунан
 
тядгиг
 
г
 
1
скору
 
Аминтуршу
 
burada AT – istənilən əvəzedilməz aminturşusudur. 2.3. saylı cədvəldə tam 
dəyərli ideal zülalın aminturşu tərkibi, ana və inək südü zülalının skoru verilmişdir. 


 
 
 
110
 
 
                                              Cədvəl 2.3. Zülalların aminturşu skoru 
 
 
Aminturşuları  
FAO/VOZ şkalası Ana 
südü 
Inək südü 
A C A C 
A C 
Izoleysin 4,0 
100 
4,6 
115 
4,7 
117,5 
Leysin  
7,0 
100 
9,3 
133 
9,5 
136 
Lizin  
5,5 
100 
6,6 
120 
7,8 
141,8 
Metionin-sistin 3,5 
100 
4,2 
120 
3,3 
94,2 
Fenilalanin-tirozin 6,0 
100 
7,2  120  10,2 170 
Treonin  
4,0 
100 
4,3 
107 
4,4 
110 
Triptofan  
1,0 
100 
1,7 
170 
1,4 
140 
Valin  
5,0 
100 
5,5 
110 
6,4 
128 
 
 
 
Qeyd: A – 100 q zülalda aminturşusunun miqdarı, q; 
           C – Ideal zülala nisbətən aminturşu skoru, faizlə. 
 
2.3. saylı cədvəldən göründüyü kimi ana südü zülalı tam dəyərli zülaldır və 
burada limitləşən aminturşusu yoхdur. Inək südü də  dəyərlidir, lakin metionin-
sistin aminturşularının skoru 94 olduğu üçün limitləşən aminturşusu hesab olunur. 
 
             Ərzaq məhsullarında olan əvəzedilməz aminturşularının miqdarı 2.4. saylı 
cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi əvəzedilməz aminturşuları ilə 
zəngin olan məhsullara kəsmik, pendir, ət, yumurta, treska balığı və paхlalı dənli 
bitkilər aiddir. Ət, balıq və yumurta zülalında limitləşən aminturşu skoru yoхdur. 
Bu onu göstərir ki, bu məhsulların zülalları ideal zülala uyğundur. 
 
              


 
 
 
111


 
 
 
112
      2.5.3. ZÜLALI MADDƏLƏRIN TƏSNIFATI VƏ ХASSƏLƏRI 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin