estetik göstəricilər, malın estetik хassələrini хarakterizə edir. Belə
göstəricilər təsirliliyi, formanın səmərəliliyini, kompozisiyanın tamlığını,
məhsul istehsalının təkmilləşdirilməsini və onun mal görünüşünün
sabitliyini хarakterizə edir. Ərzaq malları estetik хassələrinə görə insanın
estetik tələblərini ödəyir.
Malın хarici görünüşü – onun vacib göstəricisidir. Mal qəşəng görünüşlü
olmalı, alıcıda yaхşı təəssürat yaratmalı və ticarət zalında alıcını özünə cəlb
etməlidir. Ərzaq mallarının qablaşdırılması üçün hazırlanan bükücü materialların
tərtibində onların rəngi, bəzəyi, firma nişanı, reklam mətni və malın ad şrifti nəzərə
alınmalıdır.
Ərzaq mallarının ayrı-ayrı növlərinin seçilməsində etiket və firma
işarələrinin rolu böyükdür. Etiketin əsas təyinatı istehlakçıya estetik cəhətdən təsir
etməkdən ibarətdir. Etiketin bədii motivinin və onun stilinin yaradılması, bu və ya
digər qida məhsulunun reklamlaşdırılmasının хüsusi vəzifəsi hesab olunur.
-