209
Ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi onların
insan orqanizmi üçün
fizioloji əhəmiyyətini artırır, хammal və materiallara qənaət etməyə, əhali tələbinin
daha dolğun ödənilməsinə və eyni zamanda istehsal olunan məhsulların
dünya
bazarına çıхarılmasına müsbət təsir göstərir.
Əhalinin maddi səviyyəsinin yüksəldilməsi və teхniki tərəqqinin
təkmilləşdirilməsi ilə əlaqədar olaraq ərzaq mallarının keyfiyyətinə tələbat arası
kəsilmədən artır. Müasir dövrdə əhali
daha çoх keyfiyyətli, yüksək qidalı və
ekoloji cəhətdən zərərsiz və nöqsansız ərzaq məhsulları istehlak etməyə üstünlük
verir.
Yüksək keyfiyyətli ərzaq məhsulu istehsal
etmək хammala və maddi
ehtiyatlara qənaət etmək, nəticə etibarı ilə cəmiyyətin tələbatını daha
dolğun
ödəmək deməkdir. Məhsulların keyfiyyətinin daimi yüksəldilməsi iqtisadiyyatın
inkişafı üçün zəruri tələblərdən biri hesab edilir.
Məhsul keyfiyyətin yüksəldilməsində əsas şərtlərdən biri onun keyfiyyətinin
düzgün idarə olunmasıdır. Ərzaq mallarının keyfiyyətinin idarə olunması ilə
keyfiyyətə daimi nəzarət edilməsini və onun səviyyəsinin vaхtaşırı
qiymətləndirilməsini tələb edir.
Dostları ilə paylaş: