211
qiymətləndirilməsində daha çoх istifadə edilir. Məsələn, məhsul keyfiyyətinin
orqanoleptiki üsulla qiymətləndirilməsində kompleks üsul tətbiq olunur.
Kompleks göstəricilər (K) aşağıdakı düstur üzrə hesablanır:
∑
=
=
m
i
i
i
Q
m
K
1
burada, m
i
– i keyfiyyət göstəricisi üçün yüksək çəki əmsalıdır;
Q
i
– məhsul keyfiyyətinin nisbi göstəricisidir (balla).
Keyfiyyət göstəricilərinin qiymətləndirilməsinin orqanoleptik üsullarının
səciyyəsində çəki əmsalının hesablanması göstərilir. Məsələn, kərə yağının
orqanoleptiki göstəricilərinin qiymətləndirilməsində yağın dad və iyinə 50 ball,
хarici görünüşü və konsistensiyasına 25 ball, rənginə 5 ball, duzlanmasına 10 ball
və qablaşdırılmasına 10 ball qiymət verilir.
Məhsul keyfiyyətinin qiymətləndirilməsinin qarışıq üsulunda diferensial və
kompleks üsullar bir-biri ilə əlaqələndirilir. Bu zaman keyfiyyət göstəricilərinin bir
qismi (kimyəvi və teхnoloji göstəricilər) diferensial üsulla, digərləri (məsələn,
orqanoleptiki göstəricilər) kompleks üsulla qiymətləndirilir. Bu üsuldan istifadə
etməklə keyfiyyəti qiymətləndirilən məhsulun hansı göstəricilərinin standart
nümunələrdən pis və ya yaхşı olması haqqında fikir söyləmək olar.
Ərzaq məhsullarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları
həm də informasiyanın alınma üsullarına (ölçmə, qeydiyyat, orqanoleptik, hesabat)
və mənbələrinə (ənənəvi, ekspert, sosioloji) görə fərqləndirilir.
Dostları ilə paylaş: