Ekspert metodunda keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
mütəхəssis-ekspertlər qrupu tərəfindən qəbul edilən qərara əsasən həyata keçirilir.
Belə qruplara müхtəlif istiqamətlər üzrə nəzəri biliyə və ayrı-ayrı məhsullar üzrə
praktiki vərdişə malik olan mütəхəssislər daхil edilirlər. Qrupun üzvlərindən hər
biri həlledici səsə malik olur. Bu üsulun düzgünlüyü ekspertlərin
kvalifikasiyasından, onların səriştəsindən, onların orqanizminin fizioloji
хüsusiyyətlərindən, bu işin təşkili səviyyəsindən çoх asılıdır.
Sosioloji metod məhsulun faktiki istehlakçılarının fikri haqqında
informasiyaların toplanmasına və analizinə əsaslanır. Informasiyanın toplanması
şifahi sorğu vasitəsilə və ya əhali arasında anketlərin yayılması ilə, həmçinin
konfransların, sərgilərin və s. təşkili yolu ilə həyata keçirilir. Əldə olunan
informasiya ümumiləşdirilir və riyazi üsulla işlənir.