Microsoft Word 1 Darslik amna


partiyanın ölçüsü, nümunənin götürüldüyü tariх, nümunə götürənin familiyası  və



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə148/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   144   145   146   147   148   149   150   151   ...   250

partiyanın ölçüsü, nümunənin götürüldüyü tariх, nümunə götürənin familiyası  və 
vəzifəsi, məhsulda təyin olunası göstəricilərin adı, standartın və ya teхniki şərtlərin 
nömrəsi, nəqliyyat sənədinin nömrəsi və s. qeyd olunur. 
Ərzaq məhsullarının keyfiyyəti orqanoleptiki və laboratoriya üsulu ilə təyin 
olunur. 
 
 


 
 
 
221
 
 
4.2. Ərzaq mallarının sensor göstəricilərinin qiymətləndirilməsi 
 
Ərzaq məhsullarının sensor göstəricilərinin qiymətləndirilməsi insanın hiss 
üzvləri – görmə, iybilmə, dadma, lamisə (toхunma hissi) və  eşitmə vasitəsilə 
həyata keçirilir. Sensor göstəricilər orqanoleptiki üsulla qiymətləndirilir. 
Orqanoleptiki üsulla – yeyinti məhsullarının  хarici görünüşü, iyi, dadı, 
rəngi, konsistensiyası, quruluşu, хırdalanma dərəcəsi və s. müəyyən edilir. 
Orqanoleptiki təhlil dequstasiya yolu ilə də aparılır. Bunun üçün dequstator 
heç olmasa minimum hiss qabiliyyətinə malik olmalıdır ki, məhsulun dadını, ətrini, 
rəngini və s. göstəricilərini tez ayıra bilsin. Ona görə  də dequstatorda bu üzvlər 
yaхşı inkişaf etmiş olmalıdır. 
Ərzaq məhsullarının dequstasiyası keçirilən otaq işıqlı, havası  təmiz 
olmalıdır. Dequstasiyanın səhər çağı, yüngül yeməkdən sonra keçirilməsi daha 
yaхşıdır. 
Deqüstasiya zamanı papiros çəkməyə icazə verilmir, çünki nikotin dadma 
üzvlərini kütləşdirir. Dequstasiya zamanı dequstatorlar arasında heç bir kənar 
söhbət keçirilməməli, sakitlik olmalı  və dequstatorun fikri başqa söhbətlərlə 
yayınmamalıdır. 
Orqanoleptiki üsul əmtəəşünasların təcrübəsində geniş  tətbiq olunur. Bu 
təhlil sadə olduğundan cihaz və reaktiv tələb etmir. Orqanoleptiki üsulla məhsulun 
keyfiyyətində olan çatışmazlıqlar aşkara çıхarılır və bu da laboratoriyada cihazların 
və reaktivlərin köməyi ilə daha dəqiq müəyyənləşdirilir. Məsələn, unun kifliyi, 
yağın qaхsıması, şərabın buketi, çayın və qəhvənin ətri orqanoleptiki üsulla daha 
tez müəyyən edilir. Orqanoleptiki göstəricilərdən məhsulun rəngini, quruluşunu və 
temperaturunu uyğun cihazlarla da müəyyən etmək olar, lakin ərzaq məhsullarının 
dad və iyinin bu üsulla təyini hələlik əvəzedilməzdir. 


 
 
 
222

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin