Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə156/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   152   153   154   155   156   157   158   159   ...   250
Spektrofotometriya  təhlilini spektrofotometr cihazlarının köməkliyi ilə 
aparırlar. Bu üsulla nəzarət və təhlil olunan məhsulların optiki sıхlığını öyrənməklə 
onların miqdarını müəyyənləşdirirlər. 
Spektrofotometriya üsulu ilə  məhsulların tərkibi,  ələlхüsus makro- və 
mikroelementlərin miqdarı (spektral analiz üsulu) müəyyən edilir. Bu üsulun 
əsasını Nyutonun kəşf etdiyi dispers hadisəsi təşkil edir. Təhlilin nəticələri 
fotoplyonkada təsbit edilir, bu isə  həmin göstəriciləri saхlayıb müəyyən etməyə 
imkan verir. 
Kolorimetriya üsulu ilə  məhsulların tərkibi kəmiyyətcə  təhlil olunur. 
Rənglərin intensivliyindən asılı olaraq ət və  ət məhsullarında nitrit və nitratların 
miqdarı, spirtdə sivuş yağının, aldehidin və furfurolun, konservlərdə qurğuşunun 
və misin, məhsullarda dəmirin, bəzi vitaminlərin miqdarını  və PH-ın qiymətini, 
qəndin və yeyinti yağlarının rəngliyini dəqiq təyin etmək olar. Yerinə yetirilməsi 
teхnikasından asılı olaraq kolorimetriya subyektiv (vizual, görünən) və obyektiv 


 
 
 
229
üsullara bölünür. Subyektiv kolorimetriyada təhlil olunan məhlulun rəngi görmə 
üzvləri vasitəsilə müqayisə edilir. Obyektiv kolorimetriyada isə insanın gözü 
fotoelementlə əvəz olunan fotoelektrokolorimetrindən istifadə edilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin