228
sınma bucağı sinusuna olan nisbəti sabit təzyiq və temperaturda sabit kəmiyyətdir
(
Π
):
conts
=
=
Π
β
α
sin
sin
Hər temperatur üçün sabit olan və sınma göstəricisi və ya sınma əmsalı
adlanan bu kəmiyyət maye mühitlərin konsentrasiyasından asılıdır.
Iki şkalalı refraktometrlərin birinci şkalasında şüasındırma göstəriciləri,
ikincisində isə həll olmuş maddənin müvafiq miqdarı verilir.
Bir neçə sistemli refraktometrlər mövcuddur: yağları və s. məhsulları tədqiq
etmək
üçün universal refraktometr, şirin məhsullarda şəkəri, povidlo, cem,
mürəbbə və tomat məhsullarında quru maddəni təyin etmək üçün şəkər
refraktometri, pivə və süddə quru maddəni təyin etmək üçün çöl refraktometri və s.
Fotometriya üsulu təhlil olmuş maddənin işığı udma, keçirmə və yayması
хassələrinə
əsaslanır.
Buraya spektrofotometriya, kolorimetriya və
fotokolorimetriya aiddir. Bu üsulların tətbiqi imkanı təcrübəvi olaraq
məhdudlaşdırılmır.
Dostları ilə paylaş: