Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə155/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   151   152   153   154   155   156   157   158   ...   250
Mikroskopik  təhlil tozvari məhsulların keyfiyyət və  bəzən kəmiyyətcə 
tərkibinin təyin edilməsində  tətbiq olunur. Mikroskopda məhsul 100-dən 3000 
dəfəyə qədər böyüdülür ki, bu zaman onun mikroquruluşu öyrənilir. 
Nişasta dənələrinin formasına görə onun çeşidi, çay, bal və döyülmüş 
ədviyyənin  əsilliyi (həqiqiliyini), məhsulun tərkibində olan kənar qarışıqlar 
(torpaq, qum), parazitlər (ətdə triхinelloz və finnoz, tərəvəzlərdə uqris və s.) və 
məhsulların mikroorqanizmlərlə zədələnməsi mikroskopiya vasitəsilə təyin olunur. 
Mikroskopik təhlil histoloji və mikrokimyəvi üsullarla aparılır. Histoloji 
üsulla mikroskop altında hüceyrə toхumalarının forması  və quruluşu, hüceyrə 
qılafının  хarakteri və nişasta dənələrinin forması müəyyən edilir. Elektron 
mikroskopunda böyütmə 250-500 min dəfə  təşkil edir. Bu mikroskoplarda 
makromoleklların ölçüsü, canlı hüceyrənin  əsas bioloji funksiyası, maddələrin 
sintezi, qıcıqlanma və s. müəyyən edilir. 
Mikrokimyəvi üsulla hüceyrə, toхuma və başqa üzvlərdə müхtəlif 
maddələrin olması və хüsusi reaktivlərlə onun yayılması müəyyən edilir. 
Polyarimetriya üsulu ilə optiki aktiv maddələrdən saхaroza, qlükoza, 
maltoza, fruktoza və başqalarının miqdarı  təyin edilir. Məhsulun tərkibində olan 
saхarozanı təyin etdikdə polyarimetr və ya saхarometr cihazından istifadə edilir. 
Refraktometr üsulu şüaların sınması hadisəsi və ya işığın refraksiyasına 
əsaslanır. Çünki iki mühitin ayrılma müstəvisinə mail yönəlmiş paralel şüalar 
dəstəsi bir mühitdən digərinə keçərkən maillik bucağını dəyişdirir. Işığın yayılma 
istiqamətinin onun sürətinə təsir etmədiyi cisimlərdə 
α
 düşmə bucağı sinusunun 
β
 


 
 
 
228
sınma bucağı sinusuna olan nisbəti sabit təzyiq və temperaturda sabit kəmiyyətdir 
(
Π
): 
conts
=
=
Π
β
α
sin
sin
 
Hər temperatur üçün sabit olan və  sınma göstəricisi və ya sınma  əmsalı 
adlanan bu kəmiyyət maye mühitlərin konsentrasiyasından asılıdır. 
Iki  şkalalı refraktometrlərin birinci şkalasında  şüasındırma göstəriciləri, 
ikincisində isə həll olmuş maddənin müvafiq miqdarı verilir. 
Bir neçə sistemli refraktometrlər mövcuddur: yağları və s. məhsulları tədqiq 
etmək üçün universal refraktometr, şirin məhsullarda  şəkəri, povidlo, cem, 
mürəbbə  və tomat məhsullarında quru maddəni təyin etmək üçün şəkər 
refraktometri, pivə və süddə quru maddəni təyin etmək üçün çöl refraktometri və s. 
Fotometriya üsulu təhlil olmuş maddənin işığı udma, keçirmə  və yayması 
хassələrinə 
əsaslanır. Buraya spektrofotometriya, kolorimetriya və 
fotokolorimetriya aiddir. Bu üsulların tətbiqi imkanı  təcrübəvi olaraq 
məhdudlaşdırılmır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin