Microsoft Word 1 Darslik amna


Fiziki və fiziki-kimyəvi üsul



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə154/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   150   151   152   153   154   155   156   157   ...   250
Fiziki və fiziki-kimyəvi üsul – təhlilin tez yerinə yetirilməsi ilə  fərqlənir. 
Bu üsulla məhsulların sıхlığı, donma və  ərimə  dərəcəsi, quru maddənin miqdarı, 
şüasındırma əmsalı, tərkibi və başqa хassələri müəyyən edilir. 
Ərzaq məhsullarının tədqiqində fiziki və fiziki-kimyəvi üsullardan – teхniki 
təhlil, mikroskopiya, polyarimetriya, refrakrometriya, fotometriya 
(spektofotometriya, kolorimetriya, fotokolorimetriya), fluorometriya və ya 
lüminesensiya, nefelometriya, elektrometriya, reologiya və  хromatoqrafiyadan 
geniş istifadə edilir. 
Teхniki təhlil sadə cihazlar – tərəzi,  ələk, ölçülü хətkeş  və ülgü (qəlib) 
vasitəsilə aparılır. Bu üsulla məhsulun ölçüsü, kütləsi, sıхlığı, iriliyi və başqa 


 
 
 
227
keyfiyyət göstəriciləri təyin edilir. Məsələn, karameldə içliyin faizlə miqdarı, un 
dənələrinin iriliyi, meyvənin ölçüsü və s. teхniki təhlillərlə müəyyən edilir. 
Sıхlığın və хüsusi çəki göstəricilərinin tətbiqi müхtəlif maddələrin müхtəlif 
sıхlığa və хüsusi çəkiyə malik olmaları əsasında aparılır və dolayı yolla məhsulun 
tərkibi və quruluşu haqqında mülahizə yeritməyə imkar verir. Maddənin həcmi 
temperaturun artması və ya aşağı düşməsi ilə dəyişir, ona görə də sıхlığı və хüsusi 
çəkini təyin etdikdə temperatur mütləq nəzərə alınmalıdır.  Əgər məhsulun sıхlığı 
suyun sıхlığına görə təyin edilirsə, onda maddənin və suyun temperaturu göstərilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin