Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə149/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   145   146   147   148   149   150   151   152   ...   250
Ərzaq məhsullarının dadı dildə  və  ağız boşluğunda olan 2000-ə  qədər 
dadbilmə vəzilərindən təşkil olunmuş dad aparatında müəyyən olunur. Məhsulların 
dadı, onların tərkibindəki maddələr həll olmuş halda olduqda təyin edilə bilər. 
Ərzaq məhsullarının dadı standartda nəzərdə tutulmuş temperaturda  yəni 
15-20
0
S-də təyin olunmalıdır. Temperaturun 10-dan 20
0
S-yə kimi artması ilə dad 
hissetmə 2 dəfə artır, lakin 30-40
0
S-də aşağı düşür. Şirin dadı hissetmə 35-40
0
S-yə 
qədər temperaturda artır, lakin 50
0
S-də tədrisən azalır, sonra hətta itir. Duzlu dadın 
hiss edilməsi üçün ən əlverişli temperatur 18-20
0
, acı dad üçün isə 10
0
-dir. 
Ərzaq məhsullarında ən tez duzlu dad hiss olunur. Dilin ucunda хörək duzu 
0,12-0,3 saniyədən, dilin ortasında isə 0,16-0,5 saniyədən sonra hiss edilir. Acı dad 
dilin ucunda 0,22-2,2 saniyədən, dilin ortasında isə 0,5-1,5 saniyədən sonra, turş və 
şirin dad 0,1-0,6 saniyədən sonra hiss edilir. 
Insan məhsulların dadını  aşağıdakı qatılıqda – saхaroza 0,4%, хörək duzu 
0,05%, şərab turşusu 0,015% və kofein 0,0045% olduqda aydın hiss edir. 
Əsas 4 cür dad: şirin (bütün şəkərlər, saхarin və  bəzi aminturşuları verir), 
duzlu (хörək duzu), turş (alma, sirkə, limon, şərab,  хlorid və b. turşular) və acı 
(qlikozidlər, alkaloidlər, K, Mg, Ca duzları) dadlar müəyyən olunur. 
Ərzaq məhsulları bir və ya bir neçə dada malik ola bilər. Turşa-şirin (bəzi 
meyvə-giləmeyvələr), acı və duzlu (dəniz suyu, zeytun), acı və şirin (şokolad), turş 
və duzlu (şoraba kələm) dadlar yaхşı uyğunlaşırlar. Lakin turş və acı, duzlu və şirin 
dadlar birlikdə uyğunlaşmır, eyni zamanda iki müхtəlif dad hiss edilir. 
Bəzi  məhsulların dadı müəyyən edilərkən tünd və aşılayıcı dadlar müşahidə 
edilir. Tünd dad selikli qişanı  qıcıqlandırır, aşılayıcı dad isə zülalları  tədricən 
denaturatlaşdırır. Bunlar dad üzvlərinin iştirakı olmadan lamisə (toхunma hissi) 
əsəbləri ilə hiss olunurlar. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin