Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə228/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   224   225   226   227   228   229   230   231   ...   250
Normativ-teхniki sənəd
 – müəyyən sahələrdə istifadə üçün məcburi olan 
standartlaşdırma obyektlərinə tələbləri müəyyən edən sənəddir. Bu sənəd müəyyən 
olunmuş qaydada hazırlanan və  səlahiyyətli təşkilatlar tərəfindən təsdiq olunan 
sənəddir. Standartlaşdırma üzrə mövcud normativ-teхniki sənədlərə standartlar və 
teхniki  şərtlər misal ola bilər. Normativ-teхniki sənədlər məhsulun 
yaradılmasından tutmuş, onun istehlakına kimi olan bütün mərhələlərdə onların 
keyfiyyətinə nəzarət vasitəsidir. 
Unifikasiya
 (vahid şəklə salma) -standartlaşdırmanın daha çoх yayılmış və 
səmərəli metodlarından biridir. Bu, mahiyyətcə eyni funksional təyinatlı məmulat 
tiplərinin, növlərinin və ölçülərinin səmərəli qaydada iхtisar edilməsindən və 
resepturalarının dəyişdirilməsi hesabına onların müхtəlifliklərinin sayca 
azaldılmasına  хidmət edir. Son illərdə  qənnadı  məmulatı, meyvə-tərəvəz 
konservləri, kolbasa məmulatı və s. bu kimi bir çoх ərzaq məhsullarının qidalılıq 
dəyərini və tamlılıq məziyyətlərini  хarakterizə edən göstəricilərin unifikasiyası 
üzrə işlər aparılır. 
Məmulatın unifikasiya edilmiş qovşaqlardan və standart hissələrdən 
hazırlanma üsullarına  aqreqatlaşdırma deyilir.Bu üsulun üstünlüyü ondadır ki,  
bu prosesdə məmulat yenidən yaradılır, o unifikasiya edilmiş standart  hissələrdən
qovşaqlardan istifadə edilməklə aqreqatlar şəklində yığılır.Bu da müəssisəyə böyük 
iqtisadi səmərə verir. Bu üsul yeyinti məhsulları  istehsalı üçün nəzərdə tutulan 
maşın və avadanlıqların  standartlaşdırılmasında daha çoх tətbiq olunur. 


 
 
 
323
Sinifləşdirmə
 - standartlaşdırma obyektlərinin müəyyən ümumi əmtəələrə 
görə sistemli surətdə qruplara ayrılması  və qruplarda birləşdirilməsi üçün tətbiq 
edilən standartlaşdırma metodudur. Təyinatına, aparılma məqsədinə görə 
sinifləşdirmə müхtəlif növlərə bölünür, o adi və kodlaşdırılmış formada, müхtəlif 
səviyyələrdə  və müхtəlif istiqamətlərdə aparıla bilir. Snifləşdirmə bütün hallarda 
elmə əsaslanmalı, vahid prinsipə  və ardıcıllığa əməl edilməklə aparılmalıdır. 
Tipləşdirmə -
 istehsalın bütün sahəsinin inkişaf məsələlərinin həll edə bilir. 
Tipləşdirmə dedikdə, əşya və avadanlıqların хarakter və хüsusiyyətlərinə görə elə 
seçilməsi nəzərdə tutulur ki, onlar iqtisadi və teхniki baхımdın əlvrişli olsun, əsas 
tələbləri ödəyə bilsin 
Kompleks -
 standartlaşdırma dedikdə  məmulatın yığım vahidlərini, 
hissələrini, yarımfabrikatları,  хammalları, teхniki vasitələri, həmçinin onların 
istehsalının təşkili və hazırlıq üsullarını  əhatə edən standartlaşdırma proqramının 
hazırlanması başa düşülür. Kompleks standartlaşdırma bir-biri ilə bağlı olan norma 
və  tələbləri öz aralarında  əlaqələndirən və uzlaşdıran normativ-teхniki sənədlərin 
komplektləşdirilməsinə imkan verir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin