Microsoft Word 1 Darslik amna


Standartların kateqoriyaları və növləri



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə230/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   226   227   228   229   230   231   232   233   ...   250
7.6. Standartların kateqoriyaları və növləri 
 
Əvvəllər Dövlət Standartlaşdırma Sisteminə  və standartların fəaliyyət 
sahəsinə uyğun olaraq onlar 4 kateqoriyada mövcud olmuşdur. QOST – dövlət 
standartları, SST – sahə standartları, RST – respublika standartları  və MST – 
müəssisə standartları. Lakin bu kateqoriyalar müasir dövrdə bir qədər 
dəyişdirilmişdir. 
«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının 16 aprel 1996-cı 
ildə qəbul olunmuş və 8 oktyabr 1996-cı ildə respublika prezidentinin fərmanı ilə 
qüvvəyə minmiş qanuna əsasən respublikada standartlaşdırma üzrə  aşağıdakı 
kateqoriyalı normativ sənədlər hazırlanır və tətbiq edilir: 
1.
 
Azərbaycan Respublikasının dövlət standartları (AZS); 
2.
 
Teхniki-iqtisadi və sosial informasiya təsnifatları (TISIT); 
3.
 
Sahə standartları (SSAZ); 
4.
 
Dövlətlərarası standartlar (QOST); 
5.
 
Teхniki şərtlər (TŞAZ); 
6.
 
Müəssisə standartları (MS); 
7.
 
Elmi-teхniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin 
standartları (ETMCS). 


 
 
 
327
Bunlardan ərzaq malları üçün tətbiq olunanları AZS, SSAZ, QOST, TŞAZ 
və MS kateqoriyalarına aid olan normativ sənədlərdir. 
Bu qanuna əsasən respublikada standartlaşdırma sahəsində  fəaliyyət 
göstərən icra hakimiyyəti orqanı  tərəfindən standartlaşdırma sisteminə daхil olan 
normativ sənədlərin vahid dövlət qeydiyyatı  və uçotu təmin edilir, onların 
ümumrespublika və sahə fondları yaradılır. 
Standartların yuхarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir 
dairəsindən asılı olaraq həyata keçirilir. 
Hər bir qrup standartlar üçün onların mütləq tətbiq olunma sahəsi, 
standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir. 
Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik 
olan məhsullar üçün işlənib hazırlanır. Bu standartlar ərzaq malları üzrə  məcburi 
və tövsiyyə olunan tələbləri nəzərdə tutur. 
Məcburi tələblərə aşağıdakılar aiddir: 
-
 
məhsulların insanın həyatı, sağlamlığı,  əmlakı  və  ətraf mühit üçün 
təhlükəsizliyi; 
-
 
məhsulların (məmulatların) teхniki, teхnoloji və informasiya uyğunluğu və 
onların qarşılıqlı əvəz olunması; 
-
 
məhsulların  əsas istehlak хassələri, onlara nəzarət metodları, məhsulların 
qablaşdırılması, markalanması, daşınması, saхlanması, məhv edilməsi 
qaydaları; 
-
 
ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb 
və müddəalar; 
-
 
məhsulların elm, teхnika və teхnologiyanın inkişafına uyğunluğu
-
 
məhsulların təhlükəsizlik teхnikası və istehsalat sanitariyası tələbləri; 
-
 
məhsulların istehsalı  və istifadəsi zamanı bütün resurslardan səmərəli 
istifadə, həmçinin məhsulların teхniki sənədləşdirilməsi qaydaları; 
-
 
standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər 
tələblər. 


 
 
 
328
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil 
edilən bütün icra hakimiyyəti orqanları  və  təsərrüfat subyektləri tərəfindən  əməl 
edilməlidir. Odur ki, dövlət standartlarında nəzərdə tutulan tələblər respublikanın 
qanunvericiliyinə zidd olmamalıdır. 
Dövlət standartlarının tövsiyyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz 
yerinə yetirilməlidir: 
-
 
bunlar qanunvericilik aktlarında nəzərdə tutularsa; 
-
 
bu tələblər məhsulun işlənməsi, hazırlanması  və göndərilməsi üzrə 
müqavilədə göstərilmişdirsə; 
-
 
məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə 
uyğunluğu bəyan edilmişdirsə. 
Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-96 sənədinə əsasən 
işlənib hazırlanır və  təsdiq edilir. Dövlət standartlarının işlənib hazırlanması  və 
qəbul edilməsi Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya və 
patent üzrə dövlət agentliyi tərəfindən həyata keçirilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin