Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə204/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   328
______________Milli Kitabxana_____________ 

 244


Beləliklə  də, onlar ovlanacaq heyvanı daha yaxşı öyrəndikcə, 

ovun müvəffəqiyyətli keçəcəyinə daha çox inanırdılar. Bu 

ideyadan ruhlanan ibtidai adamlar ovun şəklini nizə, yaxud oxla 

vuraraq qəbilə qarşısında ovda neçə  iştirak edəcəyini nümayiş 

etdirirdilər. Bu proses əslində ova gedəcək adamların «döyüş» 

məşqi idi. Söz yox ki, bu məşqlərin böyük mənəvi-ruhi xeyrindən 

başqa, təcrübə əhəmiyyəti də var idi. Ovçular bu hazırlıqda sərrast 

atmağı və vurmağı da öyrənirdilər. Təsadüfi deyil ki, Qobustanın 

bu dövrə aid böyük öküz rəsmlərində nizə  və ox izləri indi də 

görünür. 

Hər dəfə belə  məşqlər keçəndən sonra ovda müvəffəqiyyət 

qazanan ibtidai insanlar getdikcə bu fikrə  gəlmişlər ki, heyvanın 

rəsmi qayada cızılmasaydı, o ovlanmayacaqdı. Beləliklə, əvvəllər 

heyvan rəsmlərinin cızılmasına gələcək ov səbəb olmuşdusa, 

sonralar bu məsələ  tərsinə  dərk edilir, yəni heyvanın  şəkli 

çəkilməyincə, ovun baş tutacağına ümid olmurdu. Ancaq bu ikinci 

mərhələni iş, istehsal magiyası hesab etmək olar. Lakin belə 

magik, sehrli təsəvvürün  əmələ  gəlməsi üçün əcdadlarımızın nə 

qədər uzun bir dövr keçmiş olduğunu nəzərə almaq lazımdır. Bu 

sehrkarlıq mis-daş dövrünün məhsulu idi. 

Daş dövrünün rəsmlərində öküzlər kontur cizgiləri vasitəsi 

ilə çəkilirdi. Siluet rəsm üsulu insan təsvirlərində görünür, kişilər 

əlində ox, kürəyində kaman olduğu halda, əzəmətli surətlər 

şəklində  rəsm edilirdi. Petroqliflərdə kişilər kobud, lakin hündür 

və döyüşkən bir vəziyyətdə əks edilmişdir. 

Bu rəsmlərdən bilinir ki, insanların qiyməti onların ibtidai 

icma quruluşuna verdikləri  əməli fayda ilə müəyyən edilirmiş. 

Onların hər  şeydən çox istehsal bacarıqları qiymətləndirilirmiş. 

Bu göstərir ki, daş dövrünün rəssamları yaşadıqları dövrün dünya 

görüşünə uyğun olaraq mühüm əlamətləri seçib təsvir etməyi 

bacarmışlar.  Əlbəttə, bu rəsmlərin nöqsanları - şərtiliyi, 

sxematikliyi, səthiliyi və s. dövrün iqtisadi-mədəni geriliyindən 

irəli gəlirdi. 

İnsan rəsmlərində siluet formasından geniş istifadə 

edilmişdir. Tək dayanmış ovçuların rəsmi, adamların  əl-ələ 

verərək qrup şəklində  rəqs etməsini göstərən təsvirlər siluet 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin