İlqar Hüseynov, Nigar Əfəndiyeva.
Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində.
“Qədim dünya mədəniyyəti” adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə
bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək
nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi
problemləri müqayisəli kulturologiya baxımından araşdırılır, milli adət və ənənələr,
dini xüsusiyyətlər, beynəlxalq mədəni əlaqələr, qədim dövr mədəniyyəti və
incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin tədqiqinə geniş yer verilir. Dərsliyə
400-dən çox abidənin fotoşəkili daxil edilmiş, onlardan hər birinə annotasiya
verilmişdir. Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və
tələbələri, mədəniyyət və incəsənət işçiləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə
tutulur.
Naşir - Pərviz Rzaquliyev,
azerbaijan_books@mail.ru
“Mars-print” NPM, 2009.
428 səh., 60x84/16, tiraj-1000.
ISBN 978-9952-8087-1-2
© İlqar Hüseynov
|