______________Milli Kitabxana_____________
9
Şərq tarixinin son dövründə ən geniş yazı sistemi arami
yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq dilə çevrilmişdi.
Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə,
Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə və cənub-şərqdə
yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə
mənsub idilər. Hələ qədim zamanlarda Yunanıstan və Roma tarixi
və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və
“barbarlar”, ərazisini isə “Şərq ölkələri” adlandırırdı. “Şərq”
anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. Hazırda
“Qədim Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu
ərazidən daha geniş ölkələri özündə cəmləşdirir və onlara ilk
zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir.
Antik ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik
Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), Orta Asiyanın
cənub və qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim
Yunanıstan və Roma tarixçiləri adı çəkilən ölkələrin tarixi,
əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə
müəyyən məlumatlar saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq
ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır.
Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het,
Urartu, Mesopotamiyada - Şumer, Akkad, Babilistan, Assuriya,
İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada,
Haxamaniş, Parfiya, Atropatena, Ön Qafqazda - Albaniya,
İberiya, Orta və Uzaq Şərqdə - Hindistan, Koreya, Vyetnam,
Yaponiya və İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində
meydana gəlmiş, sonra süquta uğramışlar.
Qədim Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik
ölkələr qədim Şərq mədəniyyətinin müəyyən təsirinə məruz
qalmışdı.
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü
əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk
dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa
başlamışdır. İbtidai icma quruluşunun tarixi insanın heyvanlar
aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən
qədim insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur.
Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və Tanzaniyada)
|