______________Milli Kitabxana_____________
11
İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar
meyvə və bitki köklərini və toxumlarını, quş yumurtalarını
toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır.
Qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də
ovçuluq olmuşdur. Ovçuluq insanın əsas məşğuliyyət sahəsinə
çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı.
İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida
əldə etmək üçün kollektivlərdə birləşdilər. İnsanların tarixi
birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi.
İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-biri ilə qarışır və
ayrılırdılar.
İnsanlar əmək prosesində topladıqları təcrübəni inkişaf
etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar əvvəlki əmək alətlərini
təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir
neçə yüz min il bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov,
bıçaq, sümükdən biz, iynə hazırlamışdılar. İnsanlar 20-30 min il
bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş
alətlər tutduğuna görə bu dövr daş dövrü adlanır. Daş dövrü iki
milyon ildən artıq davam etmişdir.
Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar
ildırımın çaxması, üzvü maddələrin qızışıb yanması nəticəsində
baş verən yanğından od əldə etmişlər. İnsan əmək fəaliyyəti
nəticəsində süni od əldə etməyi öyrəndi. İnsan daşı daşa vuranda
qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını
müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq
yeri aşkar olunmuşdur. Odun əldə edilməsi insanın heyvanlar
aləmindən ayrılmasını sürətləndirdi.
Mükəmməl əmək alətləri və oda yiyələnən insanlar daha
geniş ərazilərə yayılmağa başladılar. Afrika, Asiya və Avropada
məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya
yayılmışlar. Son tədqiqatlar təsdiq edir ki, Berinq boğazının
ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası əvvəllər bitişik olub.
Təqribən 11 min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar
Amerikaya gedib çıxmışlar.
Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin
soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə
|