______________Milli Kitabxana_____________
13
quruluşda yaşayanları ibtidai insanlar adlandırırdılar.
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir)
dövrü e. ə. XII-VIII minillikləri əhatə edir. Bu dövrdə havalar
istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə
kolluqlar, meşələr əmələ gəldi. Heyvanlar da şimala tərəf yayıldı.
İnsanlar heyvanların ardınca gedir, Avropanın şimalında çayların
və göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox
ucluğu və s. kəşf edildi. Çaylardan və göllərdən keçmək üçün
ağacdan sal düzəldilirdi, ağacın gövdəsini oyub qayıq qayırırdılar.
İnsanlar əvvəlcə iti, sonra isə qara mal, qoyun və digər heyvanları
əhliləşdirməyə başladılar. Mezolit dövründə ilkin əkinçilik
vərdişləri meydana gəldi.
Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib
tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə
danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi.
Tayfanın işini ağsaqqallar şurası idarə edirdi.
NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü
daş dövrünün son mərhələsini - e.ə. VIII-VI minillikləri əhatə
edir. Daş əmək aləti daha da təkmilləşdirilir. Cilalanmış və ağac
sapı olan daş baltalar əvvəlki əmək alətlərindən daha məhsuldar
idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan
olurdu.
İnsan toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını
və məhsul verməsini dəfələrlə müşahidə etmişdir. İnsanlar
sahələri kolluq və meşəlikdən təmizləyir, əkinçiliklə məşğul
olmağa başlayırlar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan
ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və
taxıl əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Belə
əkinçiliyə toxa əkinçiliyi deyirdilər. Sünbülü iti daş qəlpələri
taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa
əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə təmin
edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana. gəldi.
İnsanlar ilk dəfə iti əhliləşdirmişlər. İt və oxla ov uğurlu
olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan oxla vura bilirdi.
Bu da qəbilədə qida bolluğu yaradırdı. İnsanlar quzu, çəpiş, donuz
balası, buzovu və digər heyvan balalarını kəsmədilər, onları
|