______________Milli Kitabxana_____________
15
əhalinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Torpaq toxa
ilə becərilir, taxıl sümük və buynuzdan düzəldilmiş oraqlarla
biçilir, əl dəyirmanında üyüdülürdü. Əkinçilər oturaq həyat
tərzində yaşayırdılar. Eneolit dövrünə aid abidələr Anadoluda,
Mesopotamiyada, Orta Asiyada (Anau, Hamazqantəpə və s.),
Ukraynada (Tripolye mədəniyyəti və s.) Azərbaycanda (Kültəpə,
Şoumtəpə və s) və digər ərazilərdə aşkar edilmişdir.
Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka
birlikdə sahib olduqları Neolit dövründə gil (saxsı) qablar
istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun
liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə
nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri
“neolit inqilabı” adlandırmışlar.
Avropanın şimalında meşə zolağında ovçu və balıqçı
tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar.
Sibirdə ən qədim neolit mədəniyyəti V minilliyə aiddir.
Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və
“Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə.
VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və
maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu
buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər
ərazilərinə yayılmışdır.
İbtidai (buna arxaik də deyirlər) mədəniyyət bəşəriyyət
tarixinin ilkin mərhələlərində meydana gəlmişdir. İbtidai (arxaik)
mədəniyyətin bir sıra xüsusiyyətləri diqqəti cəlb edir. Hər şeydən
əvvəl, ibtidai mədəniyyət ən qədim mədəniyyət tipidir, o
bütövlükdə ibtidai insanların bütün tarixi boyu onların varlığını
müəyyən edir. İkincisi, bizimlə «yanaşı» yaşayan və bir sıra
adamların təkəbbürlə primitiv mədəniyyət adlandırdığı xalqların
ibtidai, arxaik mədəniyyəti müasir dövrdə də vardır. Üçüncüsü,
qədim mədəniyyət müasir mədəniyyətin üzvi və olduqca
əhəmiyyətli hissəsini təşkil edir. Tədqiqatçılar mədəniyyətin
insanlara öz davranışını təşkil etmək üçün bir sıra strategiyalar
bəxş etdiyini göstərirlər. İbtidai, arxaik mədəniyyətlərdə təqlid
strategiyası mühüm yer tutur. İkinci strategiya məkan-zaman
əlaqələri və asılılıqlarının fərdi-sistematik müşahidəsidir. Bu
|