______________Milli Kitabxana_____________
14
saxlayıb böyütdülər. Beləliklə, ovçuluqdan maldarlıq meydana
gəldi. İnsanlar indiyə kimi təbiətdə olan heyvanları ovlayır, balıq
tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq yaranandan sonra
insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını
ödəyirdilər. Yığıcılıq və ovçuluq artıq yardımçı təsərrüfat
sahələrinə çevrildi.
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda
tordan, harpundan, qarmaqdan istifadə etmiş, əkinçiliyin inkişafı
ilə oturaq həyat tərzinə keçmişdi. Neolit dövründə gil (saxsı)
qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə
yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan
dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu
yenilikləri “neolit inqilabı” adlandırmışlar.
Avropanın şimalında meşə zolağında ovçu və balıqçı
tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar.
Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir.
Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və
“Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə.
VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və
maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu
buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər
ərazilərinə yayılmışdır.
Eneolit (“eneos” - latınca mis, “litos” isə yunanca daş
deməkdir, mis-daş) dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bəşər
tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi
ilk metal mis olmuşdur. Mis emalının qədim izləri Ön Asiyada
təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü, Çatal hüyük
məskənlərində və Mesopotamiyada tapılmışdır. İnsanlar misdən
balta, xəncər, nizə, bəzək əşyaları, evdə işlənən əşyalar
düzəltməyə başladılar. Mis yumşaq olduğuna görə daşı sıxışdıra
bilmədi. Mislə yanaşı daş alətlər də işlədilirdi. Elə buna görə də
bu dövrə mis-daş dövrü deyirlər. Bu dövrdə toxa əkinçiliyi
üstünlük təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın
fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi.
Eneolit dövründə əhali cənubda əkinçilik, maldarlıqla,
sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Lakin şimalda
|