______________Milli Kitabxana_____________
22
insanların mənşəyi heyvanlarla, quşlarla, balıqlarla, hətta
həşəratlarla əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab
edirlər ki, onların əcdadları canavar olmuşdur. Sibir xalqlarının
əksəriyyəti - Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə
öz mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və
qurbağadan götürürdülər.
Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz
işlərində köməkçi olurdular. Məsələn, Kanada eskimoslarında
ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi.
Labrador eskimoslarında kişi allahları ağ ayı simasında təsvir
olunurdu. Bir sıra xalqların miflərində heyvanlar insanlara od
verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat
əfsanəsinə görə, birinci şaman qartal olmuşdur. O, qadınla əlaqəyə
girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və
çukçalarda ilahi qarğa dünyanın, torpağın, çayların və hətta
insanların yaradıcısı hesab olunur. O, insanlara sənət öyrətmiş,
onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan
obrazında təsəvvür edilirdi. Məşhur filosof Plotin (III əsr) ölərkən
onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın
yarığında gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan
Plotinin ruhudur.
Qədim farslarda itlər ən böyük hörmətə malik idi. Onların
fikrincə insan öldükdən sonra onun ruhu «itlərə» keçir. Ona görə
də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi.
Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə
müqəddəs heyvanın öldürülməsi ölümlə cəzalandırılırdı. E.ə. V
əsrdə məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki,
Misirdə pişiyin ölümü oğulun ölümündən betər sayılırdı. İnkişafın
daha sonrakı mərhələlərində animizm (latınca nimus, nima-ruh,
can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam,
əqidə qədim dövr insanlarının, ən qədim əcdadlarımızın
fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm
rol oynamışdır. Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti
özünü göstərəndən sonra əmələ gəlmişdir. Bu inkişaf
mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə
bölünməsinə imkan yaranır. Sonralar fövqəltəbii aləmin real aləm
|