______________Milli Kitabxana_____________
19
ümumi cəhətlərə malik olması heç kimdə şübhə doğurmamalıdır.
Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri ilə
bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf
mərhələsində xalqların mənəvi mədəniyyəti və mental
təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur.
Lakin mif təkcə xatirə-yaddaş deyil, həmçinin insan fikrinin
sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq
üçün göstərilən cəhdin nağıl xassəli, fantastik və realist istəkləri
məcmusu hesab oluna bilər. İnsan fikri gündəlik konkret
qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru
istiqamət götürə bilir. Mifdə müasir sivilizasiyanın mənəvi
potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim
cəmiyyətlərdə dünyanın dərki və insanın oradakı yeri əslində
mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura
qarşı qoyulan, ondan köklü şəkildə fərqlənən kollektiv şüurun
inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən sakral dərk
edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu
olmuşdur. Onun ümumi mədəniyyətlə əlaqəsi şəksizdir. Mif ilkin
fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv
təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə də
abstrakt mühakimələrə əsaslana bilməzdi. Qrupların təsəvvürləri,
hər şeydən əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək
mühitə daxil etməyə arxalanır.
Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan
təfəkkürdür. Mifin fərqləndirici cəhəti ziddiyyətləri aradan
qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini
sübut etmək, onu əhatə edən dünya ilə eyniləşdirmək, insanı, onu
əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və
cəmiyyətin uyğunluğuna nail olmaqdır.
Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi
rahatlıq təmin etmək və bununla da onu yad şəraitə, özünü
dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait
yaratmaqdır.
Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında
müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa imkan verir:
- Miflər adamların öz varlığını dərk etmək və şüurlu şəkildə
|