______________Milli Kitabxana_____________
27
şeylərdən - daş, ağac, sümük və s.-dən istifadə edirdilər. Yeni daş
dövründə insan sənət əsərləri yaratmaq məqsədi ilə odadavamlı
gildən istifadə etməyə başlayır.
İbtidai cəmiyyətdə təsviri sənətin, demək olar ki, bütün
növləri: rəsmlər, heykəlciklər, təsvirlər (mineral rənglərdən
istifadə etməklə rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan
yonulmuş, yaxud da gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı.
Dekorativ sənət növləri (daş, sümük üzərində işləmələr, relyeflər
və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə
bürünc, qızıl və gümüşün emalı ilə bağlı bədii sənət növləri
yaranırdı.
İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri -
qalalar yaranmağa başladı. Sonralar yaşayış məskənləri, dəfnlə
əlaqədar məqbərələr və s. meydana çıxdı.
İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı
inkişafı üçün əsas olmuşdur. Qədim Misir, Şumer, İran, Hindistan,
Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai
dövr mədəniyyətinin əvəzsiz xidməti olmuşdur.
Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai
incəsənət meydana gəldi. Bu incəsənətin yaranması insanların
gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik
heykəllər düzəldir, sümük üzərində təsvirlər cızır, təbiətdən əldə
etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə təsviri
sənət nümunələri İspaniyada Altamira mağarasının divarlarında
aşkar olunmuşdur. Mağarada təsvir edilmiş bizonların bir qismi
sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir
edilmişdir. Sonralar dünyanın müxtəlif yerlərində mağaraların
divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri
aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə
yaranmışdır.
İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların
hərəkətlərini təqlid edirdilər. Buradan da rəqs meydana gəlmişdir.
Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq
rüşeymləri, heykəltəraşlıq nümunələri Paleolit dövründə
yaranmışdı. İnsanlar heyvanların gözəlliyini, onların zahiri və
daxili aləmini təsvir edə bilmişlər.
|