______________Milli Kitabxana_____________
23
üzərində hakim olması haqqında inam formalaşır. İbtidai insanın
aləmi onun fantaziyasının məhsulu olan ruhların insanların,
heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı
predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya
başqa predmetdən ayrılan, onu tərk edən ruhlar haqqında
təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii
qüvvələrin və təbiət hadisələrinin ildırım, günəş, ay, planetlər,
dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş
verirdi.
Ruhlar - insanla daimi qarşılıqlı təsirdə olan mifoloji
varlıqlardı. İnsanların hamiləri olan ruhlar, nəsil ruhları, əcdad
ruhları, xəstəlik ruhları, şamanların köməkçi ruhları, müxtəlif
obyektlərin, sahələrin, təbiət qüvvələrinin sahiblərinin ruhları kimi
müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt
onları insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi
təqdim edir. Ruhlar çoxsaylı miflərdə və mifoloji əfsanə və
dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret
insanların başına gələn əhvalatları ifadə etməklə yanaşı, həmçinin
insanların ruhlarla təması - görüşü haqqında hadisələri əks etdirir.
Ruhlar haqqında təsəvvürlər allahların obrazlarının
formalaşmasında mühüm rol oynamışdır. İnkişaf etmiş
mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud
olsa da ruhlar mifoloji sistemlərin daha aşağı səviyyəsinə aiddir.
Beləliklə, animizm ruhların təbiət hadisələrinin səbəbkarı
mövcudluğuna inamı, bütün təbiətin canlı olmasına inamı ifadə
edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların
universal forması idi. Elə bütün dini tamaşaların, mərasim və
ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır.
İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da
mühüm rol oynamışdır. Magiya da ibtidai dini etiqadlara aiddir.
Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq
və s.) yolu ilə, yəni fövqəltəbii yolla ibtidai insanın hər hansı təbii
hadisələrə təsir göstərmək imkanına olan etiqadından ibarətdir.
İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin
gedişinə özünün arzu etdiyi istiqamətdə təsir göstərməyə
çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm
|