______________Milli Kitabxana_____________
20
emosional və məntiqi assosiasiyaların köməyi ilə varlıqla
çulğaşmaq cəhdidir.
- Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd
anlayışların çatışmamağı ilə əlaqədardır.
- Mif ibtidai insanın şüurunun intuitiv olaraq təbiət
hadisələrinin qaydası və qanunauyğunluğunun dərk edilməsidir.
- Miflərin quruluşu insan psixikasının müəyyən
xüsusiyyətlərini ifadə edir.
- Miflər kollektiv təcrübə ilə əlaqədardır, bu isə individ üçün
etiqad obyekti, əcdadların müdrikliyi kimi olmuşdur. Fərdi
təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi,
subyektin işi kimi yoxlanmırdı, məntiqi əsaslandırılmağa ehtiyac
hiss etmirdi.
- Mif təbiətin qanunauyğunluğunu əks etdirirdi, mücərrəd
təfəkkürün zəifliyinə görə onları şəxsləndirirdi, onları şüurlu
fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə
mifologiyanın əsas fəaliyyət göstərən simaları-allahlar təzahür
edirdi.
- Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif
insan yaradıcılıq qabiliyyətinin təzahürünün ən qədim və əbədi
formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə
bəşər mədəniyyətinin müxtəlif forma və tiplərini əks etdirir.
Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika
hindularının dilindən götürülmüşdür). Totemizm totemə (onun
qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə
müəyyən heyvan və bitki növləri, habelə hər hansı bir predmet
arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə
etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və
ətraf aləmdə onun əlaqələrini başa düşməyin birinci forması hesab
olunur. Əmələ gəlməkdə olan qəbilə kollektivinin həyatı onun
üzvlərinin ovladıqları müəyyən heyvan növləri ilə sıx bağlı idi. Bu
və ya digər heyvanın həmin ovçu kollektivi ilə qohumluğu
haqqında illüziyalı təsəvvürün meydana gəlməsi totemizm üçün
əsas olmuşdur. Tədricən belə bir təsəvvür inkişaf edib, şüurlara
hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi
əcdadıdır, yəni totemidir.
|