______________Milli Kitabxana_____________
3
GİRİŞ
Müasir dövrdə qədim dünya mədəniyyətinin kulturoloji
konteksdə öyrənilməsi, tədqiqi və tətbiqi mövcud sivilizasiyalar
və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan
qədim dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti
kimi ön plana çəkilməsi məhz dövrün zəruri tələbi kimi əsas
prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir
şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük
əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni
proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və
mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm
insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı
ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması,
artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o
cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. s. özündə
birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz
süzgəcindən keçirmişdir. Kulturologiya özündə çox mühüm olan
həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin
əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət
edən nəhəng bir sahədir.
Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir
və bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və
xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm
vəzifəsi qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və
proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki,
kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı
və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və
müəssisələrdir.
Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini,
insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini
öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol
oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət
tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən
isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir
|