______________Milli Kitabxana_____________
324
«böyük hüdud haqqında» - in və yan qüvvələri haqqında, hətta
dao təlimi öz mifoloji və qədim çinlilərin səma, torpaq haqqında
bayağı dini baxışlarından götürür.
Əsasında in və yan qüvvələri duran kosmoqonik
müddəalarla yanaşı, «beş ilkin stixiya» ilə əlaqədar olan sadəlövh
materialist konsepsiyalar da yaranıb inkişaf etmişdir. Təbiət
qüvvələrinin canlı şəkildə ilkin qavranılması cəhdləri qədim Çin
mütəfəkkirlərini bir-biri ilə qarşılıqlı şəkildə əlaqədar olan ilkin
başlanğıclar - su, metal, torpaq, ağac kimi ünsürləri qəbul etməyə
gətirib çıxarmışdır. Səma 5 ilkin başlanğıcı yaratmış, xalq onların
hamısından istifadə edir. Onlardan biri məhv edilərsə, həyat qeyri
- mümkün olar».
«Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») fəslində
deyilir: «Birinci başlanğıc - su, ikinci - od, üçüncü - ağac,
dördüncü - metal və beşinci - torpaqdır. Su - yaş olub, üzü aşağı
axmalıdır; od - yanmalı və yuxarı yüksəlməlidir; ağac - əyilməli
və düzəlməlidir; metal - xarici təsirə tabe olmalı və dəyişilməlidir.
Torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir və məhsul verir.
Yaş olub üzü aşağı axan duzu olanı yaradır. Yanan və yuxan
qalxan acı yaradır; əyilən və düzələn isə turş olam yaradır; tabe
olan və dəyişilən isə kəskin (iti) olanı yaradır; əkini qəbul edib
məhsul verən isə şirin olanı yaradır».
Əvvəllər in və yan qüvvələri və 5 ilk başlanğıc səma ilə
(ruhlarla) əlaqədar idi. Lakin xeyli müddətdən sonra Tszou Yan
dini təsəvvürlərlə bağlı olan bu naturfəlsəfə sxemində əlaqəni
kəsir. Artıq bu zamanlar təbiət və cəmiyyətdəki baş verən
dəyişikliklərin müşahidəsi ümumi yaranma və dəyişilmə haqqında
fikirlərin formalaşmasına əsas vermişdir. Bu fikir olduqca dəqiq
şəkildə «İ-tszin» (e.ə. VIII-VII əsrlər) adlı mətndə öz əksini
tapmışdır. Kitabın adı da belə idi: «Dəyişikliklər haqqında traktat
(kitab)». «İ-tszin» qrafik simvollardan və onların izahından
ibarətdir. Onun əsasında 8 triqram durur. Tszian (səma), çen
(dağ), li (od), çjen (ildırım), su-yun (külək, ağac), duy (nohur,
hovuz), gün (torpaq), kan (su) həmin səkkizliyə daxil idi. Bu
triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim
çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları
|