______________Milli Kitabxana_____________
327
quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış nəsilləri
daha da zənginləşirdi. Şan sülaləsi dövründə Tszin nəsli həmin
aristokrat-quldurların başında dururdusa, Çjou sülaləsi dövründə
hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər
hesab olunurdular. «Şi-tszin»də deyilir: «Bütün səma altında elə
bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir
adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut
edir ki, Şan və Çjou sülalələri dövründə quldarlıq quruluşunun
əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu
hakimin mülkiyyəti təşkil edirdi. Şan və Çjou sülalələri dövründə
ictimai həyat şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-birindən
fərqlənirdi. İlk növbədə ideologiya sahəsində başlıca yeri dini
ideologiya tuturdu. Şan sülaləsi dövründə hər şeyi yaradan baş
ilahi Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi
dövründə isə «səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini
təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını möhkəmləndirmək
üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında
işlənir və inkişaf etdirilirdi. Dini baxışlar cəmiyyətdə əsas yeri
tutur.
Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da
«şandi» (allah) kimi verilir. Burada «tyan» (səma, allah) termini
göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə
səmanı ifadə etmirdi. Ancaq «Şanşu» kitabının «Pan Gen»
fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını
verir. Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ
dövrün mahiyyətini ifadə edən baxışların məzmunundadır.
İkincisi, fəlsəfə Şan və Çjou sülalələri dövründə siyasi və
əxlaqi təsəvvürlərlə sıx şəkildə bağlı idi. Quldarlıq cəmiyyətində
hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı təbəqələrə
yeritməyə çalışırdılar. Öz ağalığını möhkəmləndirməkdən ötrü
quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin əxlaqi
kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda
insanların cəmiyyətdə hüquq və vəzifələri, pis və yaxşı əməlləri
öz əksini tapmışdır. «Çjuan-tszı» əsərinin «Səma altı» fəslində
göstərilirdi ki, fəlsəfə bu dövrdə səmanı başlıca - müsbət
məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir.
|