______________Milli Kitabxana_____________
345
susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar
arasında çar Priamın oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların
təkbətək döyüşündə Axilles zəfər çalıb Hektoru öldürür. Döyüşdə
Axillesin dostu Patrokl həlak olur, onun dəfn mərasimi təsvir
olunur. Axillesin anası ilahə Fetida onu körpəlikdə dabanından
tutub yeraltı Stiks çayının “sehrli” sularında çimizdirirmiş,
nəticədə dabanından savayı bütün bədəni guya dişbatmaz olur.
Parisin atdığı ox Axillesin dabanına sancılır. Yunanıstanın ən
məşhur qəhrəmanı həlak olur. “Zəif yer” anlamını bildirən
“Axillesin dabanı” ifadəsi buradan əmələ gəlmişdir. Hiyləgər
Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və
içərisində yunan döyüşçülərini yerləşdirir. Troyalılar atı çəkib
şəhərə aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açırlar,
şəhərə soxulan yunanlar troyalıları məğlub edirlər. “Troya atı”
ifadəsi buradan meydana gəlmişdir. Bu isə, hədiyyənin qəbul edən
üçün təhlükəli olması deməkdir.
“Odisseya” poemasında Troyanın alınmasından sonra
yunanların Odisseyin başçılığı altında vətənə dönmələri və yolda
onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya
gəlməsi təsvir olunur. Odissey İtakaya gəlib evində ağalıq edən
əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki əsər
dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.
Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq,
əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olurdular. Onlar e.ə. IX
əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının
artmasına səbəb oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus
idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı adamlar
torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı
özləri becərirdilər, sonradan günəmuzdçuları işlətdilər, daha sonra
qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai
icma quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı.
Dünyanın başqa xalqları kimi yunanlar da təbiət
hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlara görə
təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah
Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşdülər.
Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın
|