______________Milli Kitabxana_____________
347
şərab və zeytun yağı və şərab saxlamaq və daşımaq üçün amfora
adlanan küp qayırırdılar. Akropolun yaxınlığında bazar meydanı -
aqora yerləşirdi. Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı
məhsulları satılırdı. Attika yarımadasının cənubunda gümüş
mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı.
Afinada əvvəllər varlılar torpaqlarını özləri becərirdilər.
Sonra onlar günəmuzdçulardan, daha sonra isə qullardan istifadə
etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz
quldurluğu, müharibədə əsir götürmək, borca görə adamları qul
etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar
bazarda satılır, onları
əsasən mədənlərdə, sənətkar
emalatxanalarında, kənd təsərrüfatı işlərində, ev işlərində xidmətçi
kimi işlədirdilər.
Afinada adlı-sanlı adamlar torpağın yaxşısını ələ keçirdilər.
E.ə. VIII əsrdə onlar Afinanın bütün əhalisini özlərinə tabe etdilər.
Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni
“yaxşıların hakimiyyəti” adlandırırdılar.
E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə
başlayır. Evpatritlər (aristokratlar) düzən yerlərdə məhsuldar
torpaqları ələ keçirib geomorları (icmanın sıravi üzvlərini)
dağətəyi daşlıq torpaqlara sıxışdırırdılar. Evpatritlərin bir hissəsi
artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi
ticarətə girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları
demosun varlı təbəqəsinin maraqları ilə üst-üstə düşürdü. E.ə.
640-cı ildə Afinada olduqca məşhur olan, Olimpiya oyunlarının
qalibi Kilon demosla aristokratlar arasında ziddiyətlərin
gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən
bayramda özünə tərəfdar toplayıb Akpopolu tutdu. Lakin demos
hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu
Akpopolu mühasirəyə alıb üsyançıları təslim olmağa məcbur etdi.
Kilon qaçmağa müvəffəq oldu, onun tərəfdarları isə öldürüldülər.
Bir müddətdən sonra aristokratlar demosun varlı
təbəqəsinin təzyiqi altında güzəştə gedib külliyyat şəklində yazılı
qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos
üçün ümumi olan qanunların qəbulu mütərəqqi hadisə idi. e.ə.
621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar
|