______________Milli Kitabxana_____________
355
fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün
bunlara baxmayaraq, Miken sivilizasiyasında da spesifik, yalnız
onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu
mədəniyyətin ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin
sümükləri ilə yanaşı bəzək şeyləri, qablar, paltarlar, silahlar, qızıl
maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət mərkəzləri
saraylarda cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s.
şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq Miken-Axey
sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm
divarlarını sonrakı dövrlərdə görən yunanlar onları təkgöz nəhəng
sikloplarla əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray
divarlarında külli sayda döyüş səhnələri təsvir olunmuşdu.
Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını mənimsədilər.
E.ə. XIII əsrdə şimali Balkan barbarları (onların içərisində dori
yunan qəbilələri mühüm yer tuturdu) Yunanıstanı başdan-başa
işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan
dorilər Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI
əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan verdilər.
Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü
adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı «İlliada» və
«Odisseya» kimi gözəl poemaları həmin dövr haqqında mühüm
informasiya mənbəyidir. Lakin bu əsərlərdə daha qədim dövrlərin
haqqında da məlumat əldə etmək mümkündür. Homerin
qəhrəmanları - çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına
bənzəməyən ağac evlərdə yaşayırdılar.
Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti
materialları - ağac və bişməmiş kərpicdir. Monumental
heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi
ornamentlə yazılmış vazalar, bişmiş gildən və bürüncdən
hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir.
Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və
klassik dövrünün ilkin şərtlərini yaratmışdır. Yunan
mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri əhatə
edir. Bu dövr böyük müstəmləkəçilik dövrüdür. Yunanlar Qara
dəniz, Aralıq dənizi və Mərmərə dənizi sahillərini öz təsir
dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey
|