______________Milli Kitabxana_____________
358
faciəsinin yaradıcısı Esxilin (525-456) «Zəncirlənmiş Prometey»
faciəsi çox məşhur olmuşdur. «Oresteya» trilogiyası da bu
qəbildəndir. İkinci böyük faciə ustası Sofokl (497-406) olmuşdur.
Ən məşhur faciəsi əfsanəvi hökmdar Edip haqqındadır. Psixoloji
dramın yaradıcısı Evripid (480-406) «Medeya» və «Fedra»
əsərlərini yazmışdır. Bu dövrün ən böyük komediya ustası
Aristofan (445-385) «Dünya», «Atlılar», «Lisistrat» kimi
əsərlərində komediyaya siyasi ruh və gündəlik düşüncə tərzi
gətirmişdir. E.ə. V əsrdə tarixşünaslıq surətlə inkişaf edir.
«Tarixin atası» Herodot (484-470) məşhur «Tarix» əsərini
yazmışdır. Əsas süjet Yunan-İran müharibələri olsa da dünyanın
digər xalqları haqqında da xeyli məlumatı həmin əsərdə tapmaq
mümkündür. İkinci böyük tarixçi Fukidid (460-400) «Pelopennes
tarixi» adlı əsərində ilk dəfə olaraq elmi-tənqidi metoddan istifadə
etmişdir.
E.ə. V əsrdə güclü, enerjili, ləyaqətli, səmimi ruha malik
insanın düzgün təsviri yunan incəsənətinin əsas vəzifəsinə çevrilir.
Bu insan Yunan-İran müharibəsinin qalibi, polisin azad vətəndaşı
olmalıdır. Bu dövrdə realist heykəltəraşlıq inkişaf etmişdir. Fidi
həmin dövrün ən qüdrətli heykəltəraşı olmuşdur. «Döyüşçü
Afina», «Afina Parfenos», Olimpdəki məbəd üçün «Zevs» və s.
onun əsərləri sırasında mühüm yer tutur. Heykəltəraş Miron
«Diskobol», heykəltəraş Poliklet qızıl və fil sümüyündən
hazırladığı Heranın heykəli, Dorifor «Nizə atan», «Yaralı
amazonka» və s. əsərləri ilə çox şöhrət qazanmışdır. Təsviri
sənətdə Poliqnot və Apollodor maraqlı əsərləri ilə diqqəti cəlb
edir. Məbəd tikintisi çiçəklənmə dövrünü yaşayır. Olimpdə Zevsin
məbədi, Afinada baş məbəd Parfenon diqqətəlayiqdir. Sonralar
məşhur Afina Akropolu öz əzəməti ilə seçilməyə başlanmışdır.
Çiçəklənmə dövründən sonra böhran, tənəzzül dövrü gəlir.
Əslində e.ə. IV əsr Yunan tarixində polisin böhranı tarixidir. Bu
böhranın ilkin əlamətləri hələ Afina ilə Sparta arasında gedən
Pelopennes müharibələri (431-404) dövründə meydana çıxmışdır.
Yunan polisinin böhranı qanunauyğun bir hal idi. Əmtəə-pul
münasibətlərinin inkişafı torpaq üzərində xüsusi mülkiyyətin
yaranmasına, antik mülkiyyət forması şəhərlərin iqtisadi bazasının
|