______________Milli Kitabxana_____________
354
Miken adı ilə tanınır. Onun mərkəzi Krit adası və yunan
materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud
da Minos mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı
Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir.
Yüksəliş və tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə.
1200-cü ilə qədər davam etmişdir. Kritdə bütün həyat saraylar
adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar
nəticəsində Knosda (adanın mərkəzi hissəsində) Krit
saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan
Minotavr - insan bədənli və öküz başlı canlı haqqında yunan
mifində təsvir olunan labirint başlanır. Əslində Krit sarayları
doğrudan da labirintə bənzəyir. Bütün bunlara baxmayaraq
saraylar vahid arxitektura ansamblı kimi qəbul olunur. Diqqəti
çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir.
Freskalarda heyvanlar, güllər, saray sakinlərinin həyatından
səhnələr, əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid
olan «öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz
kultları öküz obrazında təbiətin dağıdıcı qüvvələri öz təcəssümünü
tapmışdır. Təbiətin əbədi təzələnməsi, analıq, qadınlıq simvolu -
Böyük ilahə Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin
həyatında din böyük rol oynamışdır. Kritdə hakimiyyətinin xüsusi
forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və
dünyəvi rəhbərlik bir nəfərin əlində olmuşdur. Çar sarayı
universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm
siyasi-inzibati, həm də təsərrüfat mərkəzi rolu kimi fəaliyyət
göstərmişdir.
Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV
əsrin birinci yarısına təsadüf edir. XV əsrin ortalarında bu
mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan,
eləcə də döyüşkən axey yunanların adaya soxulması nəticəsində
tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti əvvəlki
şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik
Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü ildə burada Miken
(yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı. Əvvəllər bu
mədəniyyət Krit sivilizasiyasının güclü təsiri altında olmuşdur.
Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya, geyim
|