______________Milli Kitabxana_____________
350
ellinləri ümumi dil, adət-ənənələr, qədim əfsanələr, din və vahid
yazı birləşdirirdi.
Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış
olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə
səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII
əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya
vilayətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət
hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların
səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın
mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər
təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri
odda görürdülər.
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada
İoniya alimlərinin işini Demokrit (e.ə. 460-370) davam etdirdi. O,
belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-
atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar
edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc hadisələri
qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit
materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər.
Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur.
Onun fikrincə həkim xəstənin bədənindən xəstəliyi qovmamalı,
bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb
elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi
davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır.
Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi.
İsgəndərin müəllimi olmuşdur. Şərqdə Aristotelə Ərəstun
deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad
verdi. Botanika yunanca “bitki”, fizika - təbiət, politika - dovlət
sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl
alimlərlə birlikdə belə hesab edirdi ki, Yer kürə şəklindədir,
dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun
ətrafında fırlanır.
E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur.
həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425)
“Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında
məlumat verir O, bir çox ölkələri gəzmiş, əsərində müxtəlif
|