______________Milli Kitabxana_____________
346
allahı olmuşdu. Zevsin iradəsi ilə şimşək çaxıb yağış yağırdı.
Dəniz allahı Poseydon üçbaşlı əsası ilə dənizdə fırtına qoparır,
gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında
üçbaşlı köpək oturub, yerin altına gedənləri geriyə işıqlı dünyaya
buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə səfərə
çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı
Pesefonanı oğurlayır və anasının yanına buraxmır. Demetra
kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş
edir ki, Persefonanı bir neçə aylığa anasının yanına buraxsın. Qız
anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası
kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də
buradan yaranmışdı.
Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi
ayaqlı və qulaqlı adamlar kimi təsvir olunurdular. Bulaq ilahələri
olan nimfalar gənc qız kimi təsvir olunurdular. Yunanlarda
əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca
onları himayə edən allahlar da yaradılırdı. Şərabçılıq allahı Dionis
idi. Onun şərəfinə yazda üzümlüklərdə iş başlayanda, payızda
şərab hazır olanda bayramlar təşkil edilirdi. Hefest dəmirçilik
allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun
dəmirçixanasının çıxış yollarıdır. Ticarət meydana gələndən sonra
onu himayə edən Hesrmes meydana çıxdı.
Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan
Olimpdə yaşayırdılar. Onları Olimp allahları adlandırırdılar.
Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi.
Allahlar alovun sirrini insanlardan gizlədirdilər. Lakin cəsur titan
Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest
onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün
onun ciyərlərinin bir hissəsini qoparır. Hər səhər ciyər bərpa
olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir.
“Prometey” əfsanəsi də buradan yaranmışdı.
Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-
şərqində Attika adlı böyük yarımada yerləşir. Burada geniş
düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri
salınmışdır. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol
adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir,
|