______________Milli Kitabxana_____________
344
əvvəlki mədəniyyəti məhv etdilər. Hətta bir neçə əsr daşdan
binalar tikilmədi, təsərrüfat tənəzzül etdi, yazı unuduldu, sənət
əşyaları kobudlaşdı, yaranmış kiçik dövlətlər məhv edildi. Axeylər
Anadoluya köçdülər, burada yüksək mədəniyyət mərkəzləri
yaratdılar. Dorilər Yunanıstana özləri ilə dəmir gətirdilər.
Yunan əfsanələri. Homer. Qədim Yunanıstanda ölkənin
keçmişindən bəhs edən çoxlu əsatirlər və nəğmələr yaranmışdır.
Bu əfsanələrin bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Şair-
müğənnilər lirada nəhənglər, allahlar, qəhrəmanlar haqqında
mahnılar oxuyurdular. Bu mahnı və əfsanələrdə uydurmalar olsa
da, onlar yunanların məşğuliyyəti adətləri, əmək alətləri, hansı
ölkələrdə olmaları, hansı allahlara inanmaları haqqında məlumat
verir. Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər.
Yunanlar “Dedal və İkar”, “Tesey”, “Arqonavtlar”, “Herakl”,
“Prometey”, “Demetra və Persefona” və b. əfsanələr yaratmışlar.
Bu əfsanələrin hər biri yunanların keçmişi, tarixi, insanları və
onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi. Bu
əfsanələr müasir dövrdə də maraqla oxunur.
Troya müharibəsi e.ə. 1200-cü ildə yunanlarla troyalılar
arasında Anadolunun Egey dənizi sahillərində olan Troyada
olmuşdur. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr,
əsərlər yaratmışlar. Bunlar arasında “İlliada” nə “Odisseya”
poemaları xüsusi yer tutur. Rəvayətə görə bu poemaları kor şair
Homer yazmışdı. Cuman edilir ki, poemalar e.ə. VIII əsrdə tərtib
edilib, e.ə. VI əsrdə isə qələmə alınıb. Poemada yunanların adət
ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verilir.
Bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə.
XI-IX əsrlər Homer dövrü adlanır Yunanıstanın erkən qədim
tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır.
Arxeoloji qazıntılar nəticəsində Homerin “İlliada” və “Odisseya”
poemalarında təsvir olunmuş hadisələrin tarixən, olduğu sübut
edilmişdir.
Yunanlar Troya şəhərini İlion adlandırırdılar. “İlliada”
poemasının adı da buradan götürülmüşdür. Poema Troyanı
mühasirəyə almış yunanların 10 ilik savaşdan usanmasından bəhs
edir. Sıravi döyüşçü Tersit əsilzadələri suçlayır. Odissey onu
|