______________Milli Kitabxana_____________
352
edirdi. Aristofan (e.ə. 445-385) məşhur komediyalar müəllifi idi.
O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq
yığıncağında” komediyalarının müəllifidir “Atlılar”
komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar”
komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası”
adlandırırdılar.
E.ə. VI əsrdə təmsil ustadı Ezop yaşayıb yaratmışdır.
Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir edilir. Guya
böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən
məlum olan təmsillərin az qala hamısını Ezopun adına çıxırlar.
Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun
mövzularından istifadə etmişlər.
E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq,
və rəssamlıq inkişaf edib özünün yüksək səviyyəsinə çatmışdı.
Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və
bir neçə cərgə sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin
kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə Yunanıstanda iki
növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və
yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli
məbəd tikintisində sütunların yuxarısında əyri qoç buynuzuna
bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol
idi. Akropol mərmər sütunlardan ibarət portiklərlə əhatə
olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini
qoymuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi.
Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə bəzədilən
məbədlərdə xəzinə saxlanılırdı.
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı
və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədəninin
hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V
əsrdə “Diskatan” heykəlini belə yaratmışdı. Allahların,
qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi
yunan heykəltəraşı idi.
Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəllər geniş
yayılmışdı. Rəssamlar vazalar üzərinlə yunanların həyatını,
qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə.
V əsrdə ellin incəsənəti özünün yüksək mərhələsinə çatmışdı.
|