______________Milli Kitabxana_____________
360
Eklektizm, bir sıra cərəyanların birləşdirilməsi, etik istiqamət,
sinkretizm, stoisizm və s. geniş yayılmışdır. Həmin dövr
mədəniyyətin sintezi kimi tarixdə əvəzsiz rol oynamışdır.
Ellin mədəniyyətinin şərq mədəniyyəti ilə yaxinlaşmasi.
İsgəndər öləndən sonra onun imperiyası parçalandı Makedoniyada
Antiqonlar padşahlığı, Misir Ptolemeyləri çarlığı, Suriya
Selevkilər çarlığı yarandı Yunanlar və makedoniyalılar şərqə
axışmağa başladılar. Şərqin köhnə şəhərləri böyüdü. Nil çay
deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin paytaxtı,
dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə
birləşdirən kanal çəkilmişdi Buradan başlanan karvan yolu İran
körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən
taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və
Asiyadan müxtəlif mallar gətirilirdi Şəhərin qarşısındakı Faros
adasında 140 m hündürlüyündə mayak tikilmişdi. Bu dünyanın
yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah
sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada
Musey, yəni muzaların ibadətgahı yerləşirdi. E.ə. III əsrin
əvvəllərində yaradılmış musey antik dünyanın əsas elm
mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed,
Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışdılar. Burada olan
kitabxananın fondunda 700 min kitab var idi. Alimlər demək olar
ki, elmin bütün sahələrində çalışırdılar. E.ə. 47-ci ildə
İsgəndəriyyə kitabxanası yanmış, sonra bərpa edilmişdi. Eramızın
391-ci ilində fanatik xristianlar kitabxananı dağıtmış, VII-VIII
əsrlərdə ərəblər kitabxananı tamamilə məhv etmişdilər.
Elmi əsərlər əsasən dana və quzu dərisindən düzəldilmiş
perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam
şəhərində hazırlanırdı və şəhərin adı ilə adlanırdı.
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm
ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə
İsgəndəriyyədə məşhur alim, İsgəndəriyyə məktəbinin ilk
riyaziyyatçısı Evklid (e.ə. III əsr) çalışırdı. Evklid alqoritmi,
Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed
(e.ə. 287-212) Siciliyadan buraya işləməyə gəlmişdi. “Mənə
dayaq nöqtəsi verin, yeri tərpədim”, “evrika” kəlamları onun adı
|