______________Milli Kitabxana_____________
389
ağsaqqallar şurası rəhbərlik edirdi. Senatın tərkibi boy
başçılarından formalaşırdı. İcmada 300 boy mövcud olduğundan
erkən senat 300 üzvdən ibarət idi. Senatın üzvləri senator
adlanırdı. Romanı padşah və senat idarə edirdi. E.ə. VI əsrin
başlanğıcında Romada dövlət yarandı. Romalılar qonşuluqda olan
şəhərləri tutur, əhalisini Romaya köçürürdülər. Romadakı təpələr
arasında olan təpələr qurudulmuş və forum deyilən bazar
yaradılmışdı. Romanın sonuncu padşahı Məğrur Tarkvin çox
qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovmuş və
padşah hakimiyyətinə son qoymuşdular. Bundan sonra hər il xalq
yığıncağı patrisilər sırasından iki konsul və onların köməkçilərini
seçir, onlar isə bir il Romanı idarə edirdilər. Konsullar bütün
məsələlərdə senatla məsləhətləşirdilər. Romada seçkili üsul-
idarəni patrisilər latınca “res publika”, yəni “ümumi iş”
adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar
tərəfindən idarə olunan dövlət deməkdir. Konsullar Romanı idarə
edir, məhkəmə işlərinə baxır, müharibə vaxtı orduya komandanlıq
edirdilər.
Plebeylərin seçkili vəzifə tutmaq hüququ da yox idi.
Plebeylər patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III
əsrlərdə mübarizə aparırdılar. E.ə. V əsrin əvvəllərində plebeylər
onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail
oldular. Tribun senatın nə konsulun plebeylərin mənafeyinə zidd
olan istənilən qərarını ləğv edə bilərdi. Onun “veto”, yəni
“qadağan edirəm” deməsi kifayət idi. Vəzifəsinin icrası
müddətində tribun toxunulmazlıq hüququna malik idi. E.ə. 451-ci
ildə plebeylər mövcud qanunvericiliyin “Qanunlar toplusu”
şəklində qeydiyyatına nail oldular. E.ə. 449-cu ildə qanunlar
toplusu həkk olunmuş 12 mis lövhə Forum meydanında qoyuldu.
E.ə. 326-cı ildə plebeylər borca görə borclunun kölə kimi
satılması qanununun ləğv edilməsinə nail oldular. Plebsin ticarət-
sənətkar dairələrinin mənafeyi üçün 312-ci ildə senzor olmuş
Appi Klavdinin fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi. O, torpaq
mülkiyyəti olmayan plebeylərə şəhər və kənd tribalarında
qeydiyyata düşmək, yəni vətəndaş hüququ almaq imkanı yaratdı.
Appi Klavdi Romadan Kapuya şəhərinə qədər uzanan, ticari və
|