______________Milli Kitabxana_____________
388
QƏDİM ROMA MƏDƏNİYYƏTİ
Roma haqqnda əfsanə. Romada dövlətin yaranması.
Avropanın cənubunda, Balkan yarımadasının qərbində Apennin
yarımadası yerləşir. Apennin yarımadasını şimalda Avropanın
qalan hissəsindən Alp dağları ayırır. Alp dağlarından başlayaraq
Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə
ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən
qoruyur. Burada iqlim mülayimdir, yağış Yunanıstana nisbətən
daha çox yağır, zəngin bitki və heyvanlar aləmi var. Yunanlar bu
zənginliyə heyran olmuş və yarımadanın cənub hissəsini İtaliya,
yəni “buzovlar ölkəsi” adlandırmışlar. Sonralar bu ad bütün
yarımadaya verilmişdir. Apennin yarımadasının cənubunda iqlimi
isti, bitki örtüyü daha zəngin olan Siciliya adası yerləşir.
Apennin yarımadasının orta hissəsindən Tibr çayı axır. Tunc
dövründə Avropadan quru yolla Apennin yarımadasına İtalik
tayfaları axışdı. E.ə. X-VIII əsrlərdə isə buraya dəniz yolu vasitəsi
ilə etrusklar gəldilər. Tibr çayı ətrafındakı düzənliklərdə latın
tayfaları yaşayırdı. Bu çayın mənsəbindən 25 km aralı Roma
şəhəri salındı. Əfsanəyə görə latın şəhərlərindən birinin padşahı
qardaşı qızının əkiz oğlan uşaqlarını Tibr çayına atdırır. Uşaqlar
olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə bəsləyir.
Uşaqları çoban tapıb tərbiyə edir. Uşaqlardan birinin adı Romul, o
birinin adı Rem idi. Şəhər salmaq və onun kimin idarə etməsi
üstündə mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın
onları tapdığı yerdə şəhər salır və Roma adlandırır. Beləliklə, e.ə.
753-cü ildə Roma şəhəri salınır. Romalılar öz tarixlərini bu ildən
başlayırlar. Romada Kapitoli təpəsində dişi canavarın heykəli
qoyulmuşdu.
Romanın ən qədim əhalisinin nəslindən olanlar patrisilər
adlanırdılar. İlk əvvəl əhali 3 qəbilə (triba) ittifaqından, hər triba
öz növbəsində boy birliklərindən (kuriya) ibarət idi. Latınca
“pater” ata deməkdir. Boy birliklərinin üzvləri (patrisilər) Roma
icmasının ilk tam hüquqlu vətəndaşları sayılırdılar. Onlar icma
torpaqlarından istifadə edir, məsul vəzifələrə seçilirdilər. Onlar işi
əsasən özləri görür, əvvəllər qullarla bir süfrə başına otururdular.
Patrisilərə latınca “senat” adlanan qocalardan ibarət