______________Milli Kitabxana_____________
390
hərbi əhəmiyyət kəsb edən yol saldı. E.ə. III əsrin əvvəllərində
plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar seçkili
vəzifə tutmaq, icma torpaqlarından bəhrələnmək ixtiyarı
qazandılar. Hər bir Roma vətəndaşı dövlət vəzifəsinə seçilə
bilərdi, lakin respublika vəzifəyə görə məvacib vermirdi, odur ki,
seçkili vəzifələrə yalnız varlılar irəli sürülürdü. Romanın vəzifəli
şəxsləri magistrat adlanırdı. Bir illik müddətə seçilən iki konsul və
pretorlar, 5 ildə bir dəfə 1.5 illik müddətə seçilən iki senzor, xalq
tribunları ali, kvestor və edillər kiçik magistratlar sayılırdı.
E.ə. II-I əsrlərdə Romada quldarlığın inkişafı. Romalılar
əmək alətlərini canlı və cansız alətlərə, canlı alətləri isə danışan və
danışmayan alətlərə bölürdülər. Danışan alətlər dedikdə qullar
nəzərdə tutulurdu.
Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma
quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və
üzümlüklər salır, mal-qara sürüləri saxlayırdılar. Roma
imperiyasının hər yerində qul bazarı var idi. Qullardan təsərrüfatın
bütün sahələrində, tikintidə, ev işlərində, gəmiçilikdə istifadə
edilirdi. Roma aristokratları icma torpaqlarını ələ keçirir,
kəndlilərin torpaqlarını satın alırdılar.
Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana-
məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa
məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Romada
qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə
oxşar amfiteatr tikilirdi. Amfiteatrın mərkəzi olan meydança arena
adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi
tamaşaçılardan asılı idi. Onlar əllərinin baş barmaqlarını aşağı
salanda məğlub qladiator öldürülməli idi. Baş barmaqlar yuxarıya
tuşlananda isə qladiatora rəhm edilirdi.
Qədim Romada çox qul var idi. Qədim dünyanın heç bir
ölkəsində bu qədər qul yox idi. E.ə. II əsrdə Roma əyalətlərində
qulların üsyanı baş verdi. Siciliyada baş vermiş üsyan 6 il davam
etdi. Quldarlar üsyanı zorla yatırdılar. Romanın apardığı
müharibələr ölkəyə qul axınını çoxaltdı Kəndli əməyi ucuz qul
əməyi tərəfindən sıxışdırılırdı. Varlı quldarlar var-yoxdan çıxmış
kəndlilərin torpaqlarını dəyər-dəyməzinə satın alırdılar. Kəndlilər
|