______________Milli Kitabxana_____________
359
ləğvinə gətirib çıxardı. Bu dövrdə Makedoniya II Filippin və onun
oğlu İsgəndərin dövründə güclənməyə başladı. Kinik fəlsəfi
məktəbi - Antisfen (e.ə. 450-360) Sinodlu Biogen (e. 414-323)
inkişaf edirdi. Kinliklərə görə insan cəhdinin son məqsədi
xeyirxahlıqdır. Böhran dövründə iki dahi filosof Platon (e.ə. 427-
348) və Aristotel (e.ə. 384-322) yaşayıb yaratmışlar. Platon
Sokratın şagirdi idi və onun ölümündən sonra Afinada xüsusi
məktəbini-Akademiyanı yaratmışdı. Dünyanı idealist mövqedən
izah edən Platon cəmiyyəti üç təbəqəyə bölürdü:
1. hakimlər-filosoflar;
2. hərbçilər;
3. kəndlilər, sənətkarlar, tacirlər.
Platonun şagirdi Aristotel müəllimi öldükdən sonra öz
məktəbini - Likeyi yaratmışdır. O, siyasət, biologiya, fizika,
mexanika, botanika, riyaziyyat və s. dair əsərlər yazmışdır.
Aristotelin təlimində forma və materiyanın qarşılıqlı münasibəti
əsas məsələsidir. Forma başlanğıcıdır. O, formasız, ölü materiyaya
müəyyənlik verir. Bu dövrdə natiqlik sənəti inkişaf etmişdir.
Onların başında Demosfen (e.ə. 384-322) dururdu. IV əsrin ən
görkəmli tarixçilərindən biri Ksenofont (e.ə. 430-354) olmuşdur.
«Anabasis», «Yunan tarixi» əsərləri ilə hələ sağlığında böyük
şöhrət qazanmışdı. Bu dövrdə teatr, heykəltəraşlıq da yüksək
inkişaf etmişdir.
Makedoniyalı İsgəndərin (356-323) Şərqə yürüşü ellinizm
mədəniyyətinin inkişafına imkan yaratmışdır. Bu dövrdə Arximed
(e.ə. 287-212), Evklid (e.ə. III əsr), Eratosfen (e.ə. 276-194),
Samoslu Aristarx (e.ə. IV-III əsr, Yerin öz oxu ətrafında
fırlandığını göstərmişdir), İsgəndəriyyəli Hipparx (e.ə. 180-125)
və Heron (e.ə. I əsr) böyük elmi kəşflər etmişlər. Bu dövrdə bir
sıra şəhərlərdə məşhur kitabxanalar yaranırdı. Onlardan ən
məşhuru İsgəndəriyyə və Perqam kitabxanaları idi. Realist məişət
komediyası ustası Menandr (e.ə. 343-291), eposu diriltməyə cəhd
edən Rodoslu Apolloni (e.ə. 295-215), poema, himn, lirik şeirlər
müəllifi Kallimax (e.ə. 310-240), idilliyanın banisi Feokrit (e.ə.
IV-III əsrlər), tarixçi Polibi (e.ə. 200-120), filosof Epikur (e.ə.
341-270), Zenon (e.ə. 336-264) və b. böyük şöhrət qazanmışdır.
|