______________Milli Kitabxana_____________
357
əsas kimi götürürdü. Pifaqor (e.ə. VI əsr) dünyanın ilkin səbəbi
kimi sayı, rəqəmi götürürdü. Bu dövrdə Heraklit kimi filosof da
yaşayıb yaratmışdır. Məşhur Hesiod (e.ə. VIII-VII əsr)
«Teoqoniya», «Əməklər və illər» əsərlərini yaratmışdır. Bu dövr
ədəbiyyatında epos tədricən öz yerini lirik poeziyaya verir. İnsana,
onun daxili aləminə diqqət müasiri olduqları həyat hadisələrin
xarakterinin təhlili Arxiloxun (e.ə. VII əsrin ikinci yarısı),
Solonun (e.ə. 635-559), Alkeyin (VII əsrin sonu - VI əsrin birinci
yarısı), Anakreontun (570-478) və s. yaradıcılığında öz əksini
tapmışdır. Safonun (e.ə. V11-VI) poeziyası indi də gözəlliyini
saxlamaqdadır. VIII-VII əsrlərdə Yunan tarixşünaslığı yaranır.
Loqoqraflar ilk dəfə olaraq mifoloji süjetlərin real əsaslarını aşkar
etməyə cəhd edirdilər. Yunan xoru və teatrı yaranır. Dramatik
tamaşalardan, xordan iştirakçı şəxslərdən birinin ayrılması -
aktyorun seçilməsi əlamətdar bir hadisə idi.
Arxaik dövrdə incəsənət inandırıcı forma axtarışları həm
cismani, həm də ruhən gözəl olan estetik idealın-polis
vətəndaşının təcəssümü mühüm yer tutmuşdur. Özünəməxsus
arxaik yunan mədəniyyəti klassik mədəniyyətin çiçəklənməsi
üçün təməl rolunu oynamışlar. Bu da öz növbəsində dünya
sivilizasiyasının inkişafında böyük əhəmiyyətə malik olmuşdur.
Yunan-İran müharibələri dövrü (500-449) ilə antik polisin -
arxaik dövrün formalaşması başa çatır və klassik dövr başlanır.
Yunanların qələbəsi, klassik quldarlığın tam formalaşması, polis
demokratiyasının inkişafı Yunanıstanın iqtisadi, siyasi yüksəlişini
şərtləndirmiş, mədəniyyətin çiçəklənmə mərhələsinə daxil
olmağına kömək etmişdir. Bu dövrdə, xüsusilə Periklin idarəçiliyi
dövründə Yunan mədəniyyətinin mərkəzi Afina hesab olunurdu.
İlk dəfə bölünməz hissəciklər-atomlar nəzəriyyəsini elmə
Demokrit (e.ə. V əsr) gətirmişdi. O, belə hesab edirdi ki, dünyada
atomlardan və boşluqdan başqa heç nə yoxdur. Əgər Demokrit
idrakın obyektiv xarakterini etiraf edirdisə, sofistlərə görə nə
qədər həqiqət vardısa, o qədər də insanlar vardır. Sofistlərin ən
görkəmli nümayəndəsi Sokrata (469-399) görə mütləq həqiqət
vardır, lakin bu yalnız allaha məxsusdur.
E.ə. ədəbiyyatda əsas janr faciə olmuşdur. Klassik yunan
|